Mərkəzi Bank "Paysis" və "Greentek Group" şirkətləri haqqında yeni məlumat yayıb
Azərbaycan Mərkəzi Bankı "Paysis" MMC-nin və "Greentek Group" MMC-nin, həmçinin onların vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb.
MArja.az xəbər verir ki. məlumatlarda bildirilir:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 07.10.2025 – 03.11.2025-ci il tarixlərində "Paysis" MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq "Paysis" MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min manat) manat məbləğində cərimə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən Təşkilata 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12.11.2025 – 25.12.2025-ci il tarixlərində "Greentek Group" MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq "Greentek Group" MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-cı və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min manat) manat məbləğində cərimə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli, 22 nömrəli protokolu ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən Təşkilata 18 sentyabr 2024-cü il tarixli, EPT-013 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?