Mərkəzi Bank sabah faiz dərəcəsinə dair qərar verir – Yumşalma davam edəcəkmi?

Mərkəzi Bank sabah faiz dərəcəsinə dair qərar verir – Yumşalma davam edəcəkmi?BANKER.AZ – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2024-cü ildə ikinci dəfə faiz dərəcəsinin parametrlərinə dair qərar verir.
Sonuncu dəfə, 31 yanvarda uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdi. Mərkəzi Bank 2023-cü ilin noyabrından başlayaraq yumşalma siyasətini davam etdirməyə başlayıb. Noyabrdan öncə uçot faiz dərəcəsi 9.00% olduğu halda, noyabr və dekabr iclaslarının hər birində 50 baza bəndi, 2024-cü ilin yanvar iclasında isə 25 baza bəndi endirməklə 7.75%-ə endirib.

Uçot faiz dərəcəsi siyasəti mərkəzi bankların ölkənin maliyyə bazarında tənzimləmək üçün əsas və təsirli alət sayılsa da, Azərbaycanda effekti zəifdir. Məsələn, AMB faiz dərəcəsinə dair artıma getdiyi halda, ölkədə kredit və depozit faizləri düşür və ya əksinə. Bu səbəbdən də 2022-ci ilin aprelindən hökumət tərəfindən AMB-nin İdarə Heyətinin sədri seçilmiş Taleh Kazımov faizlərin bazara təsirinin artırılması yolunda müxtəlif alətlərdən istifadə edir. Bura, sterilizasiya, məcburi ehtiyat normalarının yüksəldilməsini aid etmək olar.
Mərkəzi Bank sabah faiz dərəcəsinə dair qərar verir – Yumşalma davam edəcəkmi?Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair qərarı ölkədəki istehlak qiymətləri indeksi ilə bağlıdır. İllik inflyasiya 2023-cü ilin fevralına qədər 14.1%-ə yüksəlsə 2024-cü ilin fevralına 1%-in atına düşüb. Valyuta bazarında sakitlik isə əvvəlki qaydada davam edir. Baxmayaraq ki, fevralda bir qədər ABŞ valyutasına tələb yüksəlmişdi.
Mərkəzi Bank sonuncu dəfə iclasda siqnal verib ki, faizlə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcək.
Hazırda inflyasiyanın 1%-dən aşağı olması Mərkəzi Bankın pul siyasətində yumşalmanı davam etdirməkdən çəkindirməyəcək. Sabahkı iclasda uçot faiz dərəcəsinin 25 və ya 50 baza bəndi endirilməsi mümkün ehtimaldır. Mərkəzi Bank sabah faiz dərəcəsinə dair qərar verir – Yumşalma davam edəcəkmi?

Banklar     Tarix: 27 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri