Mərkəzi Bank xüsusi ehtiyatların yaradılması qaydalarını yeniləyib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklar haqqında" qanunun 34.2.12-ci maddəsinə və "Mərkəzi Bank haqqında" qanunun 22.0.17-ci maddəsinə əsasən "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb.
Qərara əsasən, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nın təsdiq edilməsi barədə" ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 noyabr 2018-ci il tarixli qərarı ləğv edilib.
Qayda "Banklar haqqında" Azərbaycan Respublikası Qanua uyğun olaraq, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin standartları nəzərə alınmaqla hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında aktivlərin təsnifləşdirilməsi və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarını müəyyən edir.
Həmçinin bu Qayda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilmiş təhsil tələbə kreditlərinə (bankın maliyyə öhdəliyi daşıdığı hallar istisna olmaqla) şamil edilmir.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi