Mərkəzi Bankda daha bir direktor təyin edildi
Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, bu departamentə Ataxan Həsənov direktor seçilib.
O, 2020-ci ilin yanvarından 2024-cü ilin aprelinə qədər adıçəkilən departamentin sturukturunda olan Maliyyə sabitliyinin təhlili və modelləşdirmə şöbəsinin müdiri idi, 2024-cü ilin aprelindən sonra isə Maliyyə sabitliyi departamentinə direktoru idi.
Həsənov ali təhsil üzrə Bakı Dövlət Universitetində bakalavr dərəcəsini bitirsə də, magistr dərəcəsini Niderland Krallığında (Erasmus University Rotterdam) iqtisadiyyat və biznes üzrə bitirib.
Maliyyə Sabitiliyi Departamentinin əsasnaməsinə görə, direktor işdə olmadıqda, onun səlahiyyətlərini departament direktorunun müavini, o da işdə olmadıqda rəhbərliyin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri icra edir.
Bu departamentə 2021-ci ildən etibarən Rüstəm Tahirov Şamil oğlu rəhbərlik edir.
Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun sabitliyini və onun dayanıqlığını müəyyən edən amilləri qiymətləndirmək, sistem risklərini identifikasiya etmək, onların maliyyə sabitliyinə təsirini ölçmək məqsədilə stress-testlər aparmaq, risklərin neytrallaşdırılması üzrə siyasət alətlərini formalaşdırmaq, həyata keçirilən maliyyə sabitliyi siyasətinin təsirlərini təhlil etmək üçün analitik diaqnostika çərçivəsini inkişaf etdirmək, habelə ölkədə maliyyə vasitəçilyinin genişlənməsinə, dərinləşməsinə və effektivliyinin artırılmasına yönəlmiş inkişaf siyasətini müəyyən etməkdən ibarətdir.
Departament bir vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunda olub və o ləğv edildikdən sonra Mərkəzi Bankın strukturuna keçib.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?