Mərkəzi Bankda yeni təyinat
Ayaz Mirzəzadə Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsinə təyin edilib.
Banker.az-ın məlumatına görə, Ayaz Mirzəzadə bu təyinata qədər 2022-ci ilin oktyabr ayından yerli xammala əsaslanan 1,7 milyard manatlıq dəyərindəki dəmir filizi yataqlarının istismarı və istehsal zəncirinin qurulması layihəsinin – dövlət şirkəti olan "Daşkəsən Dəmir Filiz" MMC-nin Hüquq və komplayns şöbəsinə rəhbərlik edib.
Ayaz Mirzəzadə 2012-ci ildən Bakı şəhəri Səbail Rayon Məhkəməsində, "Rabitəbank" ASC-də və "TuranBank" ASC-də ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 2018-2022-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) "Aztelekom" MMC-nin Hüquq departamentinə, 2022-ci ildə eyni zamanda həmin Nazirliyin "Bakı Telefon Rabitəsi (Baktelecom)" MMC-nin Hüquq şöbəsinə rəhbərlik edib.
Ayaz Mirzəzadə Qafqaz Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları