Mərkəzi Bankın "AniPay"i ilə ödənişlərinin həcmi tarixi rekord vurub
Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi və ya "AniPay" ilə ödənişlərin həcmi 2025-ci ilin ilk 8 ayında 1 milyard 243.4 milyon manata yüksəlib. Bu da indiyə qədər ilk 8 ay üçün ən yüksək göstəricidir.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 573.6 milyon manat və ya 86 faiz artımdır.
"AniPay" ilə təkcə avqust ayında 242 mln. manat ümumi köçürmələr həyata keçirilib.
Mərkəzi Bank bu ödəniş sistemini işə saldığı gün – 2021-ci ilin mayından 2025-ci ilin avqustuna qədər 4 milyard 547.9 milyon manata yüksəlib.
İndiyə qədər rekord ödəniş həcmi 2024-cü ilin oktyabrında qeydə alınıb. Həmin ay 414 millyon manatlıq ödəniş həyata keçib.
AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən "AniPay" mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib "AniPay"-də qeydiyyatdan keçə bilərsiniz. "AniPay"-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da "AniPay"-yə inteqrasiya edilib.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin nədir?
Onlayn biznes növləri
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 müğənnisi
"Freelance" nədir?