Mərkəzi Bankın valyuta ehtiyatları artaraq $11.1 mlrd.-a yüksəlib
Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2025-ci ilin aprel ayında artıb, lakin ötən ilin eyni dövrü ilə müqayisədə hələ də az olub.
Banker.az-ın AMB-yə istinadən apardığı hesablamalara görə, 2025-ci il aprelin 30-na valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici martın sonu ilə müqayisədə 36 milyon dollar və ya 0.33% artım deməkdir.
31 mart 2025-ci il tarixində ehtiyatlar 11 milyard 26.5 milyon dollar idi.
İllik müqayisədə isə azalma müşahidə olunur. Belə ki, 30 aprel 2024-cü il tarixində ehtiyatlar 11 milyard 654.4 milyon dollar olub. Bu da 591.9 milyon dollar və ya 5.1%-lik azalma deməkdir.
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, valyuta hərracları barədə məlumatlar hər ayın sonunda açıqlanacaq, rüblük nəticələr üzrə isə Dövlət Neft Fondu satış həcmlərini təqdim edəcək. O deyib: "Əgər məzənnə dəyişmirsə və ehtiyatlar sabit qalırsa, bu o deməkdir ki, bazarda tələb təklifi qarşılayır."


Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?