Mərkəzi Bankın yeni binasının təhvil veriləcəyi tarix açıqlanıb – EKSKLÜZİV
Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.
Bu barədə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.
Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Atriumu və geniş açılışlı asma bağları olan yeni bina fasada inteqrasiya olunmuş günəş enerjisi panelləri və təbii ventilyasiya kanalları ilə enerjiyə qənaət və işçilər üçün geniş iş mühiti təklif edəcək. Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?