Mikayıl Cabbarov: "Azərbaycanda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün şərait yaradılıb"
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın qəbul edilməsi keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün şərait yaradır".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Bizim praktikada ilk dəfə olaraq strategiya tam kollektiv və kollegiyal sənəddir. Strateji sənəd hazırlanarkən yaradılmış sahəvi işçi qruplara aidiyyəti sahənin rəhbərləri, nazirliklər rəhbərlik edib. Cənab Prezidentin qarşımızda qoyduğu hədəflərlə icra səviyyəsindən, yəni aşağıdan hədəflərə necə nail olmaq mümkünlüyünün vəhdətinin yaradırıq. Əsas hədəflərimiz yüksək rifah cəmiyyətinin qurulması, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə inteqrasiyasını, milli iqtisadiyyatın innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsidir", - M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, həmçinin strategiyadan irəli gələn başqa sənədlər və tədbirlər qəbul olunacaq: "Məsələn bu və digər sahədə özəlləşdirmənin həyata keçirilməsi, kiçik və orta biznesin maliyyələşməsi imkanlarının genişləndirilməsi, bu və digər strukturun yaradılması, bəzi məqsədlər üçün, məsələn "Böyük Qayıdış" üçün vəsaitlərin hansı həcmdə ayrılmasını əks etdirir".
Nazir vurğulayıb ki, bu sənəd ölkənin sosial-iqtisadi həyatının bütün aspektlərini əks etdirir.
Xatırladaq ki, strategiyaya əsasən 2022-2026-ci illərdə Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 3‒4 %, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5 % artacaq. Özəl sektorun iqtisadiyyatda payı isə 88 %-ə çatdırılacaq.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Bill Qeyts kimdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes plan necə yazılır?
SMM nə deməkdir?