"Miles&Smiles PAŞA Bank" kart sahibləri üçün 50% əlavə mil kampaniyası

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" müştəri təcrübəsini təkmilləşdirmək məqsədilə yeni kampaniyaya start verir.
"Türk Hava Yolları" ilə keçirilən birgə kampaniya çərçivəsində, "Miles&Smiles PAŞA Bank" kart sahiblərinə bütün partnyor şəbəkələrdə ödəniş zamanı qazandıqları hər 1 milə əlavə olaraq 0,5 mil hədiyyə ediləcək. Bu unikal fürsətdən yararlanaraq, kart sahibləri topladıqları milləri daha sürətlə artıraraq "Türk Hava Yolları"nın geniş uçuş şəbəkəsindən faydalana və sərfəli səyahət imkanı qazana bilərlər.
Kampaniyanın əsas şərtləri:
Təklif yalnız 31 iyul 2025-ci il tarixinədək "Miles&Smiles PAŞA Bank" kartları ilə qazanılmış millərə şamil edilir;
Xüsusi təklif çərçivəsində istifadəçilərə qazandıqları millərin üzərinə əlavə 50% mil təqdim ediləcək. Status milləri üçün əlavə mil hesablanmır;
Kampaniya çərçivəsində bir istifadəçi maksimum 100,000 əlavə mil qazana bilər;
Bu kampaniya "Türk Hava Yolları"nın digər kampaniyaları ilə birləşdirilə bilməz;
Kampaniya dövründə "PAŞA Bank" vasitəsilə qazanılmış ümumi millər kampaniyanın sonunda hesablanacaq və kampaniya milləri 1 ay ərzində istifadəçilərin hesabına əlavə olunacaq.
"Miles&Smiles PAŞA Bank" kartları – səyahət azadlığını və üstünlükləri bir araya gətirir. "PAŞA Bank" tərəfindən təqdim olunan "Miles&Smiles Platinum", "Miles&Smiles Black" və "Miles&Smiles Elite" kart sahibləri nağdsız ödənişlərdən millər toplayaraq onları müxtəlif imtiyazlara çevirə bilərlər. Qazandıqları millərlə "Türk Hava Yolları" və "Star Alliance" üzvü olan digər hava yollarında aviabiletlər sifariş etmək, ekonom sinfindən biznes sinfinə yüksəliş etmək, əlavə baqaj haqqı, oturacaq seçimi kimi üstünlüklərdən faydalanmaq və shopandmiles.com platformasında alış-veriş etmək mümkündür. Kartın əsas fərqləndirici xüsusiyyətlərindən biri – 3,000-dək "Xoş gəldin milləri"nin təqdim olunmasıdır. Kart növündən asılı olaraq təklif olunan bu bonuslar "Miles&Smiles PAŞA Bank" kartlarını səyahətsevərlər üçün daha da cəlbedici edir. Kampaniya şərtləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin. / banker.az

Banklar     Tarix: 05 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq