"Moody"s" agentliyi "Bank of Baku"nun reytinqini təsdiqlədi: maliyyə vəziyyəti yaxşılaşıb

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" (Moody"s) bu gün Azərbaycan bankı "Bank of Baku" ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini B1 səviyyəsində təsdiqləyib. Bu reytinqlər üzrə proqnoz sabit olaraq qalır. Eyni zamanda agentlik bankın əsas kredit göstəricisini (BCA) və dəyişdirilmiş əsas kredit göstəricisini (Adjusted BCA) b1 səviyyəsində təsdiqləyib.
Banker.az xəbər verir ki, bu barədə reytinq agentliyinin Frankfurt ofisi bu gün məlumat yayıb.
Bununla yanaşı, qısamüddətli yerli və xarici valyutada depozit reytinqləri üzrə NP, qarşı tərəf risk reytinqləri (CRR) üzrə uzun və qısamüddətli Ba3/NP, həmçinin qarşı tərəf risk qiymətləndirmələri (CR Assessment) üzrə uzun və qısamüddətli Ba3(cr)/NP(cr) reytinqləri də təsdiq edilib.
Agentlik "Bank of Baku"nun BCA və Adjusted BCA reytinqlərinin b1 səviyyəsində təsdiqlənməsi, son illərdə bankın aktiv keyfiyyətinin və mənfəətliliyinin yaxşılaşmasını əks etdirdiyini qeyd edir.
"Eyni zamanda bu göstəricilər bankın yalnız təminatsız istehlak kreditlərinə fokuslanan və iqtisadi dövrlərə həssas olan biznes modeli, eləcə də mülayim likvidlik ehtiyatı ilə məhdudlaşır".
Qeyd edilir ki, son illər ərzində bank risk idarəetməsini əhəmiyyətli dərəcədə gücləndirib və kreditvermə meyarlarını sərtləşdirib. Problemli kreditlərin  xüsusi çəkisi 2020-ci ilin sonundakı 8%-dən 2024-cü ilin sonu etibarilə 2,6%-ə qədər əhəmiyyətli şəkildə azalıb. Bu göstəricinin yaxşılaşmasında keçmiş problemlərin həlli və kredit portfelinin sürətli genişlənməsi ilə əlaqədar nisbət göstəricisində dəyişiklik rol oynayıb. 93%-lik problemli kreditlər əhatə nisbəti isə mümkün kredit itkilərini qarşılamaq üçün yaxşı bir bufer təşkil edir. Həmçinin, bankın xarici valyutada kredit ekspozisiyası çox aşağıdır – 2024-cü ilin sonu etibarilə ümumi kredit portfelinin 1%-dən də azını təşkil edir.
Agentlik əlavə edir ki, 2024-cü ilin sonunda "Bank of Baku"nun maddi əsas kapitalının risklə çəkilmiş aktivlərə nisbəti 16,9% olub, bu da bir il əvvəlki 17,3%-dən bir qədər aşağıdır. Sərfəli mənfəət saxlama siyasəti, bankın kapital adekvatlığını dəstəkləyir: "Lakin növbəti 12–18 ay ərzində genişlənən biznes və yüksək dividendlər fonunda kapital adekvatlığının tədricən azalması gözlənilir".
2024-cü ildə "Bank of Baku" illik audit hesabatına (IFRS) əsasən 27,1 milyon manat xalis mənfəət əldə edib ki, bu da maddi aktivlər üzrə gəlirliliyin 2,8%-ə bərabər olduğunu göstərir.
"Balans hesabatının təmizlənməsi və köhnə problemli kreditlərin əvəzlənməsi nəticəsində formalaşan sabit faiz gəlirləri bankın güclü mənfəətliliyinə töhfə verib. Yenidən verilmiş kreditlər daha yüksək keyfiyyətlidir və sabit faiz gəlirləri yaradır"- deyə, bildirilir.
Agentliyin proqnozuna əsasən övbəti 12–18 ay ərzində yerli bazarda depozitlər uğrunda artan rəqabətin faiz marjasına təzyiq göstərməsi və köhnə portfeldən daxil olan bərpaların (geri ödənişlərin) tədricən azalması bankın ROA göstəricisi azalacaq.
2024-cü ilin sonunda, müştəri əmanətləri bankın ümumi öhdəliklərinin 76%-ni təşkil edib. Eyni zamanda, ipotekaların və sahibkarlığın dəstəklənməsi məqsədilə verilmiş uzunmüddətli dövlət vəsaitləri daxil olmaqla bazar maliyyəsi bankın maddi bank aktivlərinin 15%-ni təşkil edir. Bu maliyyə mənbələri stabil sayılır və aşağı refinanslaşdırma riski daşıyır. Əmanət portfeli geniş yayılmış və əsasən fiziki şəxslərdən ibarətdir.
Bankın likvidlik buferi isə 2024-cü ilin sonu etibarilə aktivlərin 15%-i səviyyəsində olub. Bu göstərici eyni reytinqli regional və qlobal banklarla müqayisədə mülayimdir, lakin likvidlik riski aşağıdır, çünki kredit portfelinin 34%-i və ya aktivlərin 24%-i bir il ərzində geri qayıtmalıdır.
"Bank of Baku"nun B1 səviyyəsindəki uzunmüddətli depozit reytinqləri bankın b1 BCA-sına əsaslanır və hökumət dəstəyinin ehtimalı aşağı olduğu üçün heç bir xarici dəstək daxil edilmir. Buna səbəb bankın sistem əhəmiyyətli olmamasıdır.
Bildirilir ki, "Bank of Baku"nun uzunmüddətli depozit reytinqləri üzrə sabit proqnoz, bankın növbəti 12–18 ay ərzində güclü kredit göstəricilərini qoruyub saxlayacağı gözləntisinə əsaslanır.
Proqnozda "Bank of Baku"nun BCA-sı və uzunmüddətli depozit reytinqləri likvidlik və maliyyələşmə profilini əhəmiyyətli şəkildə yaxşılaşdırmaqla yanaşı möhkəm ödəmə qabiliyyəti səviyyəsini qorusa, artırıla bilər.
"Bankın reytinqləri və ya proqnozu likvidlik, aktiv keyfiyyəti və ya mənfəətlik göstəricilərində pisləşmə baş verərsə, azaldıla və ya mənfi proqnoza dəyişdirilə bilər"- deyə, "Moody"s" bildirir.

Banklar     Tarix: 10 iyul 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq