Moody"s: İslahatlar və Basel III standartları Azərbaycanın bank sektorunu dayanıqlı edib
Azərbaycanda bank sektorunda həyata keçirilən islahatlar və risklərin proaktiv idarə olunması nəticəsində sektor daha dayanıqlı olub.
Banker.az xəbər verir ki, bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyi bildirir.
Agentlik qeyd edir ki, neft qiymətlərindəki azalma ilə bağlı əvvəlki böhrandan sonra Azərbaycan Mərkəzi Bankı Basel III standartlarını, valyuta mövqelərinə limitləri, likvidlik tələblərini və iflas-restrukturizasiya mexanizmlərini gücləndirib. Bu da bank sektorunun aktiv keyfiyyətini yaxşılaşdırıb.
2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasına uyğun olaraq manatla likvidlik əmsalının tətbiqi nəzərdə tutulur. Bu addım həm də dollarlaşmanın azaldılmasına töhfə verəcək. Son 12–18 ayda maliyyə sektorunda korporativ idarəetmə standartları gücləndirilib – sığorta şirkətləri, investisiya şirkətləri və banklar üçün ayrıca qaydalar hazırlanıb.
Basel III — bank sektorunda risklərin azaldılması və maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə qəbul olunmuş beynəlxalq tənzimləmə çərçivəsidir. O, 2008-ci il maliyyə böhranından sonra hazırlanıb və banklardan daha yüksək kapital ehtiyatları, likvidlik normaları və borclanma limitləri tələb edir. Məqsəd – bankların şoklara qarşı dayanıqlığını artırmaq və sistem risklərini minimuma endirməkdir.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Biznes planı necə yazmaq lazımdır?