"Muğan Bank"ın ipoteka kreditləri portfeli 6 banka ötürülüb
Ləğv prosesində olan "Muğan Bank" ASC-nin ipoteka kreditləri portfeli 6 banka ötürülüb.
Həmin banklar "Bank Respublika", "Express Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank" və "Turan Bank" ASC-lərdir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Muğan Bank"ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib. / banker.az
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb