"Muğanbank"ın yarım milyard borcu var idi - ƏHALİYƏ, MƏRKƏZİ BANKA VƏ DÖVLƏTƏ

Lisenziyası ləğv olunmuş "Muğanbank"ın 30 Sentyabr 2023-cü il tarixində 500 milyon 892 min manat cəmi öhdəlikləri olub. Öhdəliklər bir müəssisənin kənar tərəflər qarşısında olan borclarını əks etdirir.
Marja.az-ın məlumatına görə, cəmi öhdəliklərin 322 milyon 478 min manatı cəmi depozitlər, o cümlədən 293 milyon 44 min manatı fiziki şəxslərin depozitləri, 29 milyon 434 min manatı hüquqi-şəxslərin (şirkətlərin) depozitləri olub. Mərkəzi Bank bəyan edib ki,  2023-cü ilin 3-cü rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Ötən ilin sonunda Bankın cəmi öhdəlikləri 706 milyon 158 min manat, o cümlədən cəmi depozitlər 491 milyon 756 min manat olmuşdu. Depozitlərin 394 milyon 655 min manatını fiziki şəxslərin depozitləri, 97 milyon 101 min mantı hüquqi şəxslərin depozitləri təşkil etmişdi.
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank"ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 168 milyon 434 min manat təşkil edib.
"Muğanbank" 2023-cü ilin 9 ayının 1 milyon 287 min manat xalis zərər ilə başa vurub. 2023-cü ilin yanvar-sentyabr dövründə "Muğanbank"ın cəmi gəlirləri 52 milyon 469 min manat, cəmi xərcləri 52 milyon 771 min manat təşkil etmişdi (xərcləri gəlirlərini üstələmişdi).  Eyni zamanda, bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 985 min manat ayımışdı.
30 sentyabr 2023-cü il tarixində "Muğanbank" ASC 142 milyon 225 min manat məcmu kapitala malik olduğunu bəyan etmişdi. Mərkəzi Bank bu gün bildirib ki, "Muğanbank"ın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş minimum miqdardan (50 milyon manat) az olub.
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank" 647 milyon 971 min manat cəmi aktivlərə malik olub. Bank 2022-ci ilin sonunda 799 milyon 338 min manat cəmi aktivlərə malik idi. 
30 Sentyabr 2023-cü il tarixində "Muğanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 447 milyon 415 min manat olub.
"Muğanbank"ın istehlak kreditləri portfeli 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 3,5% artaraq 46 milyon 126 min manata, ipoteka kreditləri portfeli isə 22,5% artaraq 139 milyon 734 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank" ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə "Muğan Bank" ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar "Muğan Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir. 
"Muğan Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. "Muğan Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Bildiririlib ki, "Muğan Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. "Muğan Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.

Banklar     Tarix: 19 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri bitcoin rubl mezenne telefonla pul qazanmaq