"Mütləq oxunmalı" adlandırılan nəşrin təqdimatı oldu

30 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) "Market Analysis Azerbaijan 2022-2023" adlı yeni nəşrinin rəsmi təqdimatını keçirib. 
Palatanın yaydığı məlumatda bildirilir ki, nəşr AHK Azərbaycan tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Tədbirdə 50-yə yaxın yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq qurumların təmsilçiləri, nəşrə öz bəyanatları ilə töhfə verən Alman və Azərbaycan şirkətlərinin direktorları və baş menecerləri, o cümlədən mətbuat nümayəndələri iştirak edib. 
Tədbir AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri cənab Dr. Ralf Horlemann salamlama nitqi ilə açılıb. Cənab Horlemann bu layihəni yüksək dəyərləndirdiyini bildirib və onu "Mütləq oxunmalı və tanınmalı nəşr" adlandırıb. 
O, çıxışında Almaniya ilə Azərbaycan arasında biznes üçün geniş perspektivlərin olduğunu vurğulayıb. 
Həmçinin bildirib ki,"Azərbaycan bazarının təhlili 2022- 2023 nəşri Almaniya şirkətlərinin hansı sahələrə böyük maraq göstərə biləcəklərini aydın şəkildə təqdim edir." Daha sonra nəşrdə təhlil olunan sənaye sahələrinə dair əsas məqamlar cənab Baumann tərəfindən təqdim olunub. O, bu uğurlu əməkdaşlığa görə GTAI təşkilatına və dəyərli bəyanatlarla nəşri dəstəkləyən şirkətlərə öz minnətdarlığını bildirib. 
Təqdimat zamanı o, təkcə ümumi tendensiyaları qeyd etməklə kifayətlənməyib, həm də AHK Azərbaycanın işgüzar səfərlər, tərəfdaşlıqlar və tədqiqat layihələri vasitəsilə sektorların inkişafına fəal şəkildə öz tövhəsini verdiyini vurğulayıb. Nəşrin təqdimatından sonra müzakirələrin keçirilməsi və AHK Azərbaycanın üzvləri və dostları arasında biznes əlaqələrinin yaradılması məqsədilə Sual və Cavab sessiyası keçirilib.
Nəşr haqqında
"Market Analysis Azerbaijan 2022-2023" nəşri Azərbaycan iqtisadiyyatının 12 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hal-hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumat təqdim edir. Biznes sektorlarında hal-hazırkı  inkişaf istiqamətləri nələrdir? Bazarda hansı pozitiv trendlər mövcuddur? Müxtəlif sahələrdə hansı imkanlar mövcuddur? - Nəşr bu kimi suallara cavab verir və Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır. Həmçinin, nəşrə aparıcı Alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək vəzifəli nümayəndələrinin ölkədəki biznes mühitinin qiymətləndirilməsi, o cümlədən şirkətləri və layihələri ilə bağlı mövcud vəziyyətə dair bəyanatları daxildir.
İngilis və Azərbaycan dilində yayımlanan nəşri AHK Azərbaycanın veb səhifəsindən aşağıdakı link vasitəsilə ödənişsiz olaraq yükləmək mümkündür: 
Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Almaniya iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında yaradılmışdır. 175 üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər Azərbaycanın iqtisadi və siyasi qərarverici dairələrinin fəaliyyətindən geniş şəkildə inkişaf etmiş AHK şəbəkəsi vasitəsilə faydalana bilər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə yanaşı, AHK Azərbaycan şirkətlərə geniş çeşiddə etibarlı biznes xidmətləri göstərir və hüquqi xidmətlər təklif edir. 
/ marja.az

Maraqlı     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler kripto internetden pul qazanmaq en son xeberler biznes krediti