"Naxçıvan" Universitetinin bağlanması ilə bağlı xəbərlər dezinformasiyadır" - REKTOR

"Bu gün "Naxçıvan" Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki, xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır. Universitetimiz əvvəlki qaydada fəaliyyətini davam etdirir". 
Bu barədə "Naxçıvan" Universitetinin rektoru Anar Kazımov bildirib.
"Eyni zamanda xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? 
Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra əksinə Universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirilib və təlklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib.
Sabah, 20 oktyabrda Universitetimizdə dünya şöhrətli alim, "Nobel" mükafatçısı Aziz Sancarla naxçıvanlı tələbələrin və ziyalıların videogörüşü olacaq.
Hər kəsdən xahişimiz budur ki, heç bir rəsmi mənbəyə istinad etməyən xəbərlər paylaşılmasın.
Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə və ümumiyyətlə, cəmiyyətdə hər kəsə açıqdır.
İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa töhfə verəcək xəbərlər əssında quracağıq.
Hər kəsə anlayış üçün minnətdarıq".
© Bizim.Media / marja.az

Maraqlı     Tarix: 19 oktyabr 2023

Oxşar xəbərlər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal

ABŞ ilə Çin arasında süni intellekt sahəsində texnoloji yarışın bütün diqqətləri özünə cəlb etdiyi bir dövrdə dünyanın ən mühüm süni intellekt şirkətinin rəhbərinin Çin casusu hesab edilən qadınla nikahdankənar münasibətd

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi biznes qurmaq kripto