Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıbOktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edib.
Marja.az xəbər verir ki, hesabatda Naxçıvanda vergi sahəsində 2024-cü ilin 9 ayı üzrə göstəricilər də açıqlanıb.
Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıbNaxçıvanda vergi sahəsində yumşaq keçid davam edir
Qeyd edilib ki, şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib.
Yalnız cari ilin aprel ayından başlayaraq preventiv xarakter daşıyan vergi nəzarəti tədbirləri həyata keçirilib ki, aprel-sentyabr ayları ərzində nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 1 faizini təşkil edib.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,6  dəfə artıb
Muxtar respublikada "Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya"nın icrası nəticəsində 1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4.712 vahid artıb.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək haqqları ağardılır
Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 2024-cü ilin 6 ayında 40,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub.
2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb.
Naxçıvanda vergi sahəsində könüllü əməletmə səviyyəsi 98 faizdən çox olub
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş Naxçıvan şəhəri, Şərur, Ordubad və Babək rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi vaxtından əvvəl tam icra edilib və vergi ödəyicilərinin istifadəsinə  verilib. Həmin xidmət mərkəzlərində təşkil olunmuş yüksək səviyyəli xidmətlərin nəticəsidir ki,  sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ilin 2-ci rübündə 98,3 faiz olub.
Naxçıvanda vergi xidmətlərindən məmnunluq səviyyəsi 100 faizə yaxın olub
2024-cü ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 32 minə yaxın şəxs qəbul edilib. Xidmət mərkəzləri tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 41.500-dən çox xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Cari ilin 9 ayında vergi ödəyicilərinə 366 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Hesabat dövründə vergi ödəyiciləri ilə 70 görüş keçirilib, 501 ünvanlı xidmət göstərilib.
Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.
Naxçıvanda vergilər üzrə proqnozda ciddi artım olub
Vergilər üzrə proqnoz 2024-cü ildə 2022-ci illə müqayisədə 61,2 milyon manat və ya 54,3 faiz artırılmaqla 112,8 milyon manatdan 174 milyon manata çatdırılıb. Növbəti ildə vergi daxilolmaları üzrə proqnoz məbləğinin 17,5 milyon manat artırılmaqla 191,5 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 78,7 milyon manat və ya 69,8 faiz artım deməkdir.
Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb
2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 36,9 milyon manat və ya 30,6 faiz, məcburi dövlət sosial sığorta daxilolmaları 8,7 milyon manat və ya 8,2 faiz, işsizlik sığortası fonduna daxilolmalar 313,2 min manat və ya 11,1 faiz, icbari tibbi sığorta daxilolmaları 2,7 milyon manat və ya 14,9 faiz artıb.
Cari ilin 9 ayında faktiki vergi daxilolmaları 157,6 milyon manat təşkil edib ki, bu da müəyyən olunmuş proqnoz məbləğindən 27,8 milyon manat və ya 21,4 faiz çoxdur. 
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 61,8 faiz artıb
İlin əvvəli ilə müqayisədə 1 oktyabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 32,6 faiz artaraq 20.553 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə aktiv VÖ-nin sayı 61,8 faiz, qeydiyyatda olan obyektlərin sayı 21,4 faiz, ƏDV ödəyicilərinin sayı 78,1 faiz, qeydiyyatda olan Online NKA sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı 23,6 faiz artıb.
Əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmalarında ciddi artım olub
Əhali ilə nağd hesablaşma aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə  68,3 faiz artaraq 7 milyon manata yaxın olub. Həmin vergi daxilolmaları 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfə artıb.
Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2 dəfə artıb
2023-cü il və 2024-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Cari ilin 8 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat təşkil edib.
Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 77 faiz artıb
Cari ilin 8 ayında nəzarət kassa aparatları üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 21 milyon manat və ya 41,8 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 274,3 milyon manat və ya 76,7 faiz artıb.

Maliyyə     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin