Naxçıvanda vergi ödəyicilərinin sayında artım var
Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 53 min 139 vergi ödəyicisi olub.
Biznes.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 % artaraq 1 701 vahid olub. Belə ki, 9 ayda kommersiya qurumlarının 87,1 %-i elektron, 12,9 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Həmçinin vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə isə fərdi sahibkarların sayı 8,2 %, şirkətlərin sayı isə 5,4 % artıb.
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını