Naxçıvanda verilən kreditlərin 86,1 faizi sənaye sektorunun payına düşüb
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ilin 5 ayı ərzində ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və aqrar sektora yönəlib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cari ilin 5 ayı ərzində layihələrin maliyyələşdirilməsinə 2 milyon 324 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur. Verilən kreditlərin 86,1 faizi sənaye sektorunun, 13,9 faizi müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafını dəstəkləyən layihələrin payına düşüb. / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?