Nazir: İmtahanda hər 4 müəllimdən biri minimal balı toplaya bilməyib
Sertifikasiya imtahanında 60 sual verilib, onlardan 50-si ibtidai sinfə aid suallardır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusundakeçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ibtidai sinif müəllimlərindən sertifikasiyaya başlamaq boşuna deyildi:
"Çünki uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklərə yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Yaxşı xəbər odur ki, bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertifikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arasında qross əməkhaqqımız 1000 manata yaxındır. Düşünürəm ki, bu, çox yaxşı rəqəmdir. Pis xəbər isə odur ki, hər 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 76 % müəllim - 8787 nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. Bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən biri yoxdur ki, bu imtahandan kəsilsin. Bu, yaxşı xəbərdir. Düşünürük ki, müəllimlərin işə qəbul imtahanı ilə sertifikasiya arasında da əlaqə var".
"Müəllimlərin işə qəbulu ilə bağlı ağır qərarlar verməsək, sonra çətin olacaq"
Emin Əmrullayev deyi ki, "Çalışırıq ki, müəllimlərin işə qəbulunu normaya salaq".
"Biz çox ciddi qərarlar verməliyik. Biz indi bu ağır qərarları verməsək, sonra çətin olacaq", - deyə nazir qeyd edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Start-up nədir?