Nazir müavini Naxçıvanın iqtisadi sahədə yeni göstəricilərini açıqladı

Nazir müavini Naxçıvanın iqtisadi sahədə yeni göstəricilərini açıqladıNaxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi 2024-cü ilin 9 ayı ərzində gördüyü işlərə dair hesabatını təqdim edib
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edib.
Nazir müavini Naxçıvanın iqtisadi sahədə yeni göstəricilərini açıqladıAbbas İsmayılov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun və xidmətlərin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin səmərəli təşkil edilməsi məqsədilə müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi nəticəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib. Marja.az məlumatları təqdim edir.
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb
Cari ilin 9 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 76 lisenziya verilib, büdcəyə 43,6 min manat vəsait ödənilib.
Muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 3307 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun 2024-cü ilin 9 ayı ərzində verilən güzəştli kreditlərin 15,0 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.
2024-cü ilin 9 ayı ərzində 10,3 milyon manat vaxtı keçmiş kreditin qaytarılması təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə  17,1 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondun ehtiyatlarının qalığı artıb
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun  ehtiyatlarının qalıq məbləği 1 yanvar 2024-cü il tarixə olan 6,7 milyon manatdan 2,8 dəfə artaraq 1 oktyabr 2024-cü il tarixə 18,6 milyon manata çatıb.
Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir, bu istiqamətdə 2 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.             
Naxçıvanda vergi sahəsində yumşaq keçid davam edir
Şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib.
Yalnız cari ilin aprel ayından başlayaraq preventiv xarakter daşıyan vergi nəzarəti tədbirləri həyata keçirilib ki, aprel-sentyabr ayları ərzində nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 1 faizini təşkil edib.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,6  dəfə artıb
Muxtar respublikada "Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya"nın icrası nəticəsində 1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4.712 vahid artıb.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək haqqları ağardılır
Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 2024-cü ilin 6 ayında 40,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub.
2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb.
Naxçıvanda vergi sahəsində könüllü əməletmə səviyyəsi 98 faizdən çox olub
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş Naxçıvan şəhəri, Şərur, Ordubad və Babək rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi vaxtından əvvəl tam icra edilib və vergi ödəyicilərinin istifadəsinə  verilib. Həmin xidmət mərkəzlərində təşkil olunmuş yüksək səviyyəli xidmətlərin nəticəsidir ki,  sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ilin 2-ci rübündə 98,3 faiz olub.
Nazir müavini Naxçıvanın iqtisadi sahədə yeni göstəricilərini açıqladıNaxçıvanda vergi xidmətlərindən məmnunluq səviyyəsi 100 faizə yaxın olub
2024-cü ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 32 minə yaxın şəxs qəbul edilib. Xidmət mərkəzləri tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 41.500-dən çox xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Cari ilin 9 ayında vergi ödəyicilərinə 366 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Hesabat dövründə vergi ödəyiciləri ilə 70 görüş keçirilib, 501 ünvanlı xidmət göstərilib.
Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.
Naxçıvanda vergilər üzrə proqnozda ciddi artım olub
Vergilər üzrə proqnoz 2024-cü ildə 2022-ci illə müqayisədə 61,2 milyon manat və ya 54,3 faiz artırılmaqla 112,8 milyon manatdan 174 milyon manata çatdırılıb. Növbəti ildə vergi daxilolmaları üzrə proqnoz məbləğinin 17,5 milyon manat artırılmaqla 191,5 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 78,7 milyon manat və ya 69,8 faiz artım deməkdir.
Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb
2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 36,9 milyon manat və ya 30,6 faiz, məcburi dövlət sosial sığorta daxilolmaları 8,7 milyon manat və ya 8,2 faiz, işsizlik sığortası fonduna daxilolmalar 313,2 min manat və ya 11,1 faiz, icbari tibbi sığorta daxilolmaları 2,7 milyon manat və ya 14,9 faiz artıb.
Cari ilin 9 ayında faktiki vergi daxilolmaları 157,6 milyon manat təşkil edib ki, bu da müəyyən olunmuş proqnoz məbləğindən 27,8 milyon manat və ya 21,4 faiz çoxdur. 
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 61,8 faiz artıb
İlin əvvəli ilə müqayisədə 1 oktyabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 32,6 faiz artaraq 20.553 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə aktiv VÖ-nin sayı 61,8 faiz, qeydiyyatda olan obyektlərin sayı 21,4 faiz, ƏDV ödəyicilərinin sayı 78,1 faiz, qeydiyyatda olan Online NKA sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı 23,6 faiz artıb.
Əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmalarında ciddi artım olub
Əhali ilə nağd hesablaşma aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə  68,3 faiz artaraq 7 milyon manata yaxın olub. Həmin vergi daxilolmaları 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfə artıb.
Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2 dəfə artıb
2023-cü il və 2024-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Cari ilin 8 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat təşkil edib.
Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 77 faiz artıb
Cari ilin 8 ayında nəzarət kassa aparatları üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə, qeydiyyatda olan POS-ter
Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. 2024-cü ilin 9 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 4825 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur.  
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 34,3 faiz artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 9 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə tədbirləri davam etdirib. Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 98 müqavilə bağlanıb, 105 icarə müqaviləsinin müddəti uzadılıb. 
Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 289,6 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.
Naxçıvanda özəlləşdirilən dövlət əmlakının sayı 3,7 dəfə artıb
2024-cü ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 156 qeyri-yaşayış obyekti, 9 torpaq sahəsi, 11 nəqliyyat vasitəsi  olmaqla 176 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. 
Hesabat dövründə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sayı 4,2 dəfə, torpaq sahələrinin sayı 4,5 dəfə, nəqliyyat vasitələrinin sayı isə 1,3 dəfə artıb.
Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 2 dəfə artıb
Naxçıvan Muxtar Respublikasında cari ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 1,9 milyon manatdan çox olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə özəlləşdirmədən muxtar respublika büdcəsinə daxilolmalar 2 dəfə artıb. 
Hesabat dövründə hərraclar vasitəsilə 43 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.
Naxçıvanda dövlət əmlakı registrindən 110 çıxarış verilib
Cari ilin mart ayından dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanılıb. 406 dövlət müəssisə və təşkilatının balansında olan 3482 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. Daşımaz dövlət əmlakının registrindən 110 çıxarış verilib.
Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb
2024-cü ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 3538 torpaq sahəsi, 2901 fərdi yaşayış və bağ evi, 1254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi kimi müəssisə, 1 çoxmərtəbəli yaşayış binası olmaqla, ümumilikdə, 8169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 faiz artıb.
Qeyd edək ki, daşınmaz əmlakla bağlı əməliyatların aparılmasına dair müraciətlərin sayı ötən ilki müvafiq göstəricidən 22,8 faiz, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5 faiz, qeyri-yaşayış sahələrinin sayı 32,2 faiz çox olub.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 faiz artaraq 884,5 min manat, xidməthaqqı isə 32 faiz artaraq 1,7 milyon manat təşkil edib.
Naxçıvanda keçirilən hərrac və müsabiqələrdə 107 əmlak satılıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən 2024-cü ilin 9 ayı ərzində 107 əmlak, o cümlədən 54 torpaq sahəsi, 36 qeyri-yaşayış sahəsi, 5 kiçik dövlət müəssisəsi və 12 nəqliyyat vasitəsi üzrə hərrac və müsabiqələr keçirilib. 
Hesabat dövründə bələdiyyə torpaqlarının satışı (icarəsi) üzrə keçirilmiş hərrac və müsabiqələrdən mərkəzə daxil olan xidmət haqqı 2,5 dəfə artıb. 
Naxçıvanda keçirilən hərrac və müsabiqələrdən daxilolmalar 46 dəfəyə yaxın artıb
2024-cü ilin 9 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından 406,5 min manat, qeyri-yaşayış sahələrinin satışından 338,3 min manat, ümumilikdə 744,8 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dörü ilə müqayisədə 45,6 dəfə çoxdur. 
Nəqliyyat vasitələrinin hərraclarında formalaşan yekun satış qiyməti ilkin satış qiyməti ilə müqayisədə 57 faiz artıb.
Naxçıvanda hərracdan bələdiyyələrin gəlirləri 60,5 faiz artıb
2024-cü ilin 9 ayı ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 926,8 min manat, bələdiyyələrin hesabına daxilolmalar isə 60,5 faiz artaraq 226,4 min manat təşkil edib.
Hərracların rəqabətli keçirilməsi nəticəsində heç bir daşınmaz əmlak obyekti ilkin satış qiymətindən aşağı satılmayıb.
Naxçıvanın ixrac coğrafiyası genişlənib
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs tərəfindən  verilmiş mənşə sertifikatlarına əsasən cari ilin 8 ayı ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstan Respublikasına 2774,3 min ABŞ dolları, Rusiya Federasiyasına 993,5 min ABŞ dolları, Yəmən Respublikasına 902,5 min ABŞ dolları, Qırğızıstan Respublikasına 823,7 min ABŞ dolları, Türkiyə Respublikasına 309,4 min ABŞ dolları və digər ölkələrə 1484,1 min ABŞ dolları olmaqla, ümumilikdə 7287,5 min ABŞ dolları dəyərində ixrac olunub.
Naxçıvanda mənşə sertifikatlarının sayı artıb
Bu ilin mart-sentyabr aylarında "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,8 faiz çoxdur.
2024-cü ilin ötən dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 29,8 min manat təşkil edib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi media ilə sıx əməkdaşlıq edir
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi  daim mətbuatla sıx əməkdaşlığa üstünlük verib. 2024-cü ilin 9 ayında 2192-i elektron mediada olmaqla, KİV-də 2405 material dərc olunub. 
Nazir müavini Naxçıvanın iqtisadi sahədə yeni göstəricilərini açıqladı

Maliyyə     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

2024-cü ilin yanvar-oktyabr dövründə Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar. "Marja" Dövlət Gömrük Komitəsinə istinadən təqdim edir. /

Dolların məzənnəsi 105 rublu ötüb

Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, Beynəlxalq Forex bazarında dolların məzənnəsi 105 rublu ötüb. Rusiyanın banklararası bazarında dolların məzənnəsi 104,83 (+0,99%) rubl təşkil edib. VTB-də minimal faiz dərəcəs

Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracında 11% artım qeydə alınıb

Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım müşahidə olunur. . Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyas

İSF-nin 2025-ci il büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 00,0 manat məbləğində proqnozlaşdırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İşsizlikdən sığorta fondunun 2025-c

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

() Ötən gün ABŞ-da proqnozların altında dərc olunan statistik məlumatlar fonunda beynəlxalq birjalarda dollar Yapon yeni qarşısında kəskin şəkildə ucuzlaşıb. Belə ki, USD/JPY valyuta cütlüyü dünən səhər saatlarından indiyədə

Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib

Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi məlumatların təhlili zamanı 2023-cü il üzr

Avropa bankı Azərbaycan üzrə makroiqtisadi proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda real iqtisadi artımın 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcəyini proqnozlaşdırıb. Qeyd edilib ki, proqnoza təsir edəcək amillər neft və qaz qiymətlərini

Dəyəri minimum 30 milyon manat olan layihələrə, 30 illik vergi güzəştləri veriləcək

"Bir qədər detallara varsaq, ilk növbədə dövlət - özəl tərəfdaşlığına böyük həcmli vergi təşviqlərinin verilməsini qeyd etmək istərdim. Dövlət - özəl tərəfdaşlığı layihələri dedikdə, dəyəri minimum 30 milyon manat ola

Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi və sosial məsuliyyətidir

Dövlət Vergi Xidmətinin məlumatı:. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən bu məqam verg


iqtisadi xeberler rubl mezenne bitkoin almaq online pul qazanmaq valyuta kurslari