Nazir müavini: "Neft hasilatında mənfi dinamika davam edəcək"

Nazir müavini: Azərbaycanda həyata keçirilən genişmiqyaslı və çoxşaxəli yeni nəsil islahatlar nəticəsində bu gün iqtisadiyyatımızla bağlı hesablamaların özünü doğrultduğunu demək olar.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
"Dünyadakı iqtisadi proseslər fonunda və mürəkkəb siyasi vəziyyətdə ortamüddətli və uzunmüddətli proqnozları dəqiq vermək mümkün deyil. Beynəxalq maliyyə qurumları da bu şəraitdə öz proqnozlarına yenidən baxır. Xüsusilə buna misal olaraq faktiki iqtisadi vəziyyətə toxunmaq istərdim. Cari ilin doqquz ayında neft-qaz sektorunda real ÜDM-in 1.5% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3% təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir edib. Bu ilin 9 ayında ÜDM-in 0.8% artması neft hasilatının azalmasının təsiri altında formalaşıb. İqtisadiyyat Nazirliyinə təqdim edilən məlumatlara görə, cari ilin sonuna kimi neft hasilatında mənfi dinamika davam edəcək. Bu amil nəzərə alınmaqla, eyni zamanda qeyri-neft-qaz sektoru üzrə müxtəlif təşkilatların təqdim etdikləri son illik proqnozlar da əsas gətirilməklə cari ilin sonuna İqtisadiyyat Nazirliyi iqtisadi artım tempini 1.9% gözləyir. Təbii ki, bu rəqəmlər hesablanarkən aidiyyəti qurumlarla müzakirə olunur, razılaşdırılır və təqdim edilir", – deyə o qeyd edib.
Nazir müavini inflyasiya ilə bağlı deputat Əli Məsimlinin dediklərinə də münasibət bildirib: "Son aylarda qlobal ərzaq bazarında qiymətlərin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən anti-inflyasiya tədbilərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlmasına imkan verir. 2023-cü ilin 9 ayında inflyasiya 10.9% olub və ilin sonun qədər azalması müşahidə olunur. İnflyasiyanın gələn il daha da azalması gözlənilir. Xarici amillər burada vacib rol pynayır. Səsləndirilən təkliflər mütləq nəzərə alınır. Çalışırıq ki, proqnozlarımız dəqiqliyə yaxın olsun".
Bundan başqa, S.Məmmədov qeyd edib ki, özəl sektorun inkişafına çox genişmiqyaslı dəstək göstərilir və qanunvericilik təkmilləşdirilir: "Azərbaycanda özəl sektora göstərilən dəstək bir sıra ölkələrdən qat-qat artıqdır. Bu da öz nəticəsini verməkdədir. Özəl sektorun payı ÜDM-də ilbəil artır". / banker.az

Xəbərlər     Tarix: 17 noyabr 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler 1000 manatla biznes biznes ideyalari valyuta kurslari kicik biznes