Neft bahalaşıb – Bazarın gözü tələb proqnozu verəcək hesabatlara yönəlib

Neft bahalaşıb – Bazarın gözü tələb proqnozu verəcək hesabatlara yönəlibÇərşənbə axşamı ticarətində neft qiymətləri Yaxın Şərqdəki geosiyasi gərginliyin narahatlığı artırmağa davam etməsi ilə yüksəlsə də, tələbin aşağı düşməsi və bazarın neft agentliklərinin aylıq hesabatlarını açıqlaması öncəsi bir qədər də artımı məhdudlaşdırır.
Banker.az xəbər verir ki, may fyuçserləri üçün Brent markalı neftin fyuçersləri 26 sent və ya 0.3% artaraq bir barel üçün 82.47 dollar olub. ABŞ xam neftinin aprel fyuçersi 17 sent və ya 0.2% artaraq 78.10 dollar/barel olub.
İsrail və Fələstinin Həmas qrupu arasındakı müharibə neft tədarükündə əhəmiyyətli fasilələrə səbəb olmasa da, Yəmənin İrana bağlı husiləri f ələstinlilərlə həmrəylik kampaniyası olaraq noyabr ayından etibarən Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücum edir.
Bazar ertəsi ABŞ-Britaniya koalisiyasına aid edilən hava hücumları Yəmənin qərbindəki liman şəhərləri və kiçik qəsəbələri vurdu, husilər isə çərşənbə axşamı günü Qırmızı dənizdə "Pinocchio ABŞ gəmisi" olaraq xarakterizə edilən gəmini raketlərlə hədəf aldıqlarını deyiblər.
Bununla belə, bahalaşmanın məhdudlaşdırılmasında digər amil də var. Bu, OPEC-dən kənarda olan istehsalçılardan zəif tələb və artan təkliflə bağlı proqnozlardır.
Beynəlxalq Enerji Agentliyi (IEA) neft tədarükünün demək olar ki, tamamilə OPEC və onun müttəfiqləri (OPEC+) xaricindəki istehsalçıların, o cümlədən ABŞ, Braziliya və Qayanadan qaynaqlanan təqribən 103.8 milyon barellə rekord həddə artacağını gözləyir.
Bu arada, dünyanın ən böyük neft idxalçısı Çinin xam neft idxalı ilin ilk iki ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə artıb, lakin əvvəlki aylara nisbətən zəif olub. Bu neft qiymətləri üçün qismən də olsa təsirli amil kimi qiymətləndirilir.
İndi bazarın gözü OPEC, IEA və Enerji İnformasiya Administrasiyasının aylıq hesabatlarından olan tələb proqnozlarına yönəlib.

Xəbərlər     Tarix: 12 mart 2024

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi bitcoin qiymeti biznes xeberleri