Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏRAqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başlandığını elan edir.
Fondun yaydığı məlumatda bildirilir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir. Son illər Azərbaycanda kənd təsərrüfatına marağın artması fonunda ölkədə hər il minlərlə hektar meyvə bağları salınır. Meyvələr təkcə daxili bazarın təmin edilməsində deyil, həm də Azərbaycandan xarici ölkələrə satılaraq ölkəyə böyük vəsait gətirən ixrac məhsuluna çevrilib. Bu sahədə on minlərlə fermer və yerli əhali çalışır.

Məhz bu səbəbdən aqrar sığorta vasitəsilə sığortalanan bitkilərin siyahısında böyük yeri meyvə məhsulları tutur – hazırda aqrar sığorta vasitəsilə 21 növ meyvə bağları sığortalanır. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas, albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva, xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləri aiddir. 
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın,  dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və Aqrar Sığorta Fondu fermerə dəymiş zərəri qarşılayır. Zərərə görə aqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərə alınır.
Meyvə bağlarını aqrar sığorta etmək olduqca sərfəlidir. Sığorta haqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraq dəyişir. Bundan başqa, dövlətin 50%-lik sığorta haqqı dəstəyi sayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digər yarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla, məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası fermerə təqribən 100-250 manata başa gəlir.
Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlə digər risklərdən də sığorta edə bilərlər. Əlavə risklərə - şaxtavurma (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisi, leysan yağması nəticəsində yaranan zərərlər, eləcə də bitki xəstəlikləri və zərərvericilərin zərərləri aiddir.
Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraq ağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıda sadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həmin ağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi 0,83% təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacın sığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növü fermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir.
Qeyd edilib ki, Aqrar Sığorta Fondunun sığortaladığı bağlar və meyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə, 2024-cü ildə bu məbləğ 720 min manat, 2025-ci ilin ilk 9 ayında isə 159 min manat təşkil edib və hər gün artır.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. / marja.az

Banklar     Tarix: 25 oktyabr 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes