Neftin satış qiyməti proqnozdan $31.1 yuxarı olub – ARDNF ötən il $11.6 mlrd. gəlir əldə edib

Neftin satış qiyməti proqnozdan .1 yuxarı olub – ARDNF ötən il .6 mlrd. gəlir əldə edibAzərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 1759 saylı Fərmanı ilə Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə müvafiq dəyişikliklər edilib, gəlirləri 15 mlrd. 789.1 mln. manat, xərcləri isə 11 mlrd. 597.1 mln. manat məbləğində təsdiq edilmişdir. 2022-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 75 mlrd. 972.3 mln. manat və ya 45 mlrd. 025.1 mln. dollar təşkil edib.
Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.
2022-ci il ərzində manat ifadəsi ilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 16 mlrd. 866.5 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (15 mlrd. 789.1 mln. manat) 106.8 faiz səviyyəsində icra edilmişdir. 2022-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 7 mlrd. 988.3 mln. manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (11 mlrd. 597.1 mln. manat) 68.9 faiz səviyyəsində icra olunmuşdur. 2022-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 8 mlrd. 878.2 mln. manat və yaxud 4 mlrd. 886.9 mln. ABŞ dolları məbləğində profisit yaranmışdır.
ARDNF-in 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulduğu halda il ərzində bir barelin ortaçəkili qiyməti 101.1 ABŞ dolları, xalis mədaxil qiyməti isə 98.1 ABŞ dolları olması müəyyən edilib.
Neftin satış qiyməti proqnozdan .1 yuxarı olub – ARDNF ötən il .6 mlrd. gəlir əldə edib2022-ci il üzrə ARDNF-in büdcəsində profisit yaranmış, neftin satış qiymətinin proqnoza nisbətdə 31.1 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından 11 mlrd. 587.6 mln. ABŞ dolları gəlirinin yaranması aktivlərin həcmində artıma səbəb olub. Belə ki, 2022-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 4 mlrd. 8.4 mln. ABŞ dolları və yaxud 8.9 faizə qədər artaraq 49 mlrd. 3.6 mln. ABŞ dolları olub.
Neftin satış qiyməti proqnozdan .1 yuxarı olub – ARDNF ötən il .6 mlrd. gəlir əldə edibBeynəlxalq bazarlarda xam neftin qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, xərclərin isə təsdiq edilmiş büdcə göstəricilərinə nisbətən əhəmiyyətli dərəcədə aşağı səviyyədə icra edilməsi, vəsaitlərin idarəedilməsindən əldə olunan gəlirlərin zərərlə və büdcədənkənar xərclərin olmasına baxmayaraq Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.

Xəbərlər     Tarix: 20 iyun 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd


iqtisadi xeberler valyuta kurslari valyuta mezennesi biznes krediti 1000 manatla biznes