Nəzərli Ağazadə ilə mentorluq proqramına başlayıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi Gülnar Ağazadə ilə mentorluq proqramına başlayıb.
Xidmətin yaydığı məlumatda qeyd edilib edək ki, mentorluq proqramı layihə çərçivəsində qaliblərin şəxsi inkişafı üçün tətbiq edilir və rəhbəredici şəxslərlə birgə işləməyi nəzərdə tutur. Görüş zamanı DVX rəisi İqtisadiyyat Nazirliyinin idarəçi potensiala malik kadr ehtiyatı bankının yaradılmasında, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyənləşdirilməsi və dəstəklənməsində "Uğur yolu" Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, qaliblə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun mövcud potensialının inkişafı, liderlik keyfiyyətləri, peşəkarlıq vərdişləri, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq zəruri addımları diqqətə çatdırıb. Gülnar Ağazadə fərdi inkişaf proqramı üçün təşəkkürünü bildirib, mentorluq proqramının və nazirliyin yuxarı menecerlərindən zəruri bilik və bacarıqlar əldə etməyin şəxsi idarəetmə bacarıqlarının inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə proqram qalibinin şəxsi inkişaf təcrübəsi ilə bağlı sualları cavablandırılıb, uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər, nəticəyönümlülük, qərarların qəbulu zamanı vacib yanaşmalar müzakirə olunub. DVX rəisi proqram çərçivəsində gediləcək birgə yolun, nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
Mentorluq proqramı çərçivəsində qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi planlaşdırılır. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları