Niyə 50 yox, 25? – Mərkəzi Bankın faiz qərarı

Niyə 50 yox, 25? - Mərkəzi Bankın faiz qərarıAzərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair qərar verdi və məlum oldu ki, sərt mövqedə çıxış etmək üçün oktyabra qədər gözləmək lazım olacaq. Öncə bildirək ki, AMB-dəki press-konfrans öncəkilərdən fərqli formatda idi - daha çox pul siyasətinə dair sual və cavablar eşidilirdi.
Mərkəzi Bank uçot faiz dərəcəsini 7.50 faizdən 7.25 faiz bəndinə, yuxarı həddi isə 8.50%-dən 8.25%-ə endirdi. Lakin Mərkəzi Bank faiz dəhlizinin aşağı həddi olan 6.25%-ə son üç iclasda toxunmadı. Taleh Kazımovun komandası bunun banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət etdiyini bildirir.

Tənzimləyici 2024-cü ildə plan üzrə üç iclasın hər birində bençmark faizini 25 baza, ümumilikdə isə 75 baza bəndi endirib. Banker.az-ın "İnvestisiya" bölməsinə bir neçə iqtisadiyyatçı da konsensus 25 baza bəndi endirim gözlədiklərini açıqlamışdılar.
100 baza bəndi = 1.00 faiz bəndi
Banker.az-ın Mərkəzi Bank sədrinə isə sualı "sıfır faizə yaxın olan istehlak qiymətləri indeksi relyefində tənzimləyicinin niyə bu qədər yumşaq endirim etməsi" oldu. Düzdür, mövcud mühitdə Mərkəzi Bankın uçot faiz dərəcəsi aləti onun digər monetar alətlərindən bazar daha az təsirlidir. Lakin iqtisadi nəzəriyyədə inflyasiyanın kəskin enişi fonunda mərkəzi banklar faizləri daha iri addımlarla endirilir. Bu gün uçot faiz dərəcəsi ilə inflyasiya arasındakı fərq +7 faizdir. Mərkəzi Bank 2%-4% arasında inflyasiya hədəfləyib. Məsələn, mart üzrə illik inflyasiya 1%-in altında olduğu halda, baza inflyasiyası 1%-dədir. Tənzimləyicinin faizlə bağlı qərarları verərkən digər vacib indiqator xaricdən ölkəyə daxil olan inflyasiyadır. Bununla bağlı şərhdə isə Mərkəzi Bank inflyasiyada "xarici fonun əlverişli" olduğunu bildirir.
Bu zaman bəzi suallar yaranır. Niyə 50 və ya 75 baza bəndi faiz endirimləri T.Kazımovun masasında olmayıb? İndiki şəraitdə Mərkəzi Bank hansısa riskləri nəzərə alaraqmı bu addımı atıb?
T.Kazımov bildirir ki, onlar faizləri endirərkən qısa müddəti deyil, orta müddəti (1-2 il aralığı) nəzərdən keçirirlər. Onlar faizlə bağlı qərar verərkən proqnozlara əsaslanır və bu o demək deyil ki, sıfır və ya onun altına düşən istehlak qiymətləri indeksi şəraitində tənzimləyici faizləri dərhal endirməlidir.
Mərkəzi Bankın aprel proqnozu 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%-dir. Bank qeyd edir ki, apreldə 2024-cü il üzrə inflyasiya proqnozu azalma istiqamətində olub.
Sədr qeyd edir ki, pul siyasətinin bazara transmisyası 12-24 ay təşkil edir.
"Biz həm də ötürücülük məqamını nəzərə almalıyıq", - deyə o qeyd edir.
FAİZ DƏRƏCƏSİNİN TƏSİRİNƏ DAİR
Mərkəzi Bank uçot faiz dərəcəsi kanalının təsirinin iki həlqəyə bölündüyünü bildirdi. Birinci həlqə banklararası faizlərdir ki, bu gün onun təsiri var.
"Uçot faiz dərəcəsi dəyişdiriləndə banklararası bazara bunun təsiri dərhal görünür", - deyə Kazımov deyir.
İkinci həlqə isə həmin banklararası bazarın depozit və kredit faizlərinə təsiridir. Eləcə də faizlərin inflyasiyaya orta müddətli təsir edə bilməsidir.
"Bu proses bir qədər mürəkkəbdir. Çünki burada [uçot faiz dərəcəsinin təsirində] təkcə Mərkəzi Bank və banklar deyil,  həmçinin ümumi iqtisadiyyatın rolu var. Burada fiskal siyasətlə də koordinasiya çox vacibdir. Eyni zamanda avtonom faktorlar var. Bu günə qədər banklarda yüksək likvidlik qalmaqdadır. M0 (nağd vəsait) 15 milyard manatdan çoxdur", - deyə sədr qeyd edir.
O əlavə edərək bildirib ki, bir neçə struktur faktlar var ki, həmin faktların da növbəti illərdə banklararası bazara, ümumi bankların kredit və depozit faizlərinə təsiri üçün hədəflənib.
"Hələ ki, açıq-aydın təsir görmürük….Bu, bir günün içində dəyişiləsi məsələ deyil", - deyə baş bankir mediaya bunu nəzərə almağı tövsiyə edir.

Banklar     Tarix: 01 may 2024

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri