"CASPİAN FİNANCE BOKT"ın nizamnamə kapitalı kəskin artırıldı
"CASPİAN FİNANCE BOKT" MMC-nin payçılarının 29 May 2025-ci il tarixli Ümumi Yığıncağının qərarına əsasən Təşkilatın nizamnamə kapitalı 5 milyon manat artırılıb.
Marja.az xəbər verir ki, "CASPİAN FİNANCE BOKT"ın nizamnamə kapitalı 2 dəfə artırılaraq 10 milyon manata çatdırılıb. Bugünədək BOKT 5 milyon manat nizamnamə kapitalına malik idi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Beləliklə, "CASPİAN FİNANCE BOKT" Azərbaycanda iri məbləğdə nizamnamə kapitalına malik Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) birinə çevrilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2023-cü il tarixli BKT-46 nömrəli lisenziya əsasında xidmətlər göstərən "CASPIAN FINANCE BOKT" 14 Dekabr 2023-cü il tarixindən aktiv fəaliyyətə başlayıb. Təşkilat biznes və əhaliyə kreditlərin verilməsilə məşğul olur.
Təşkilatın payçıları 3 fiziki şəxsdir.
Xatırladaq ki, mikro, kiçik, orta bizneslərə və əhaliyə kreditlərin verilməsilə məşğul olan "CASPIAN FINANCE BOKT" MMC 2024-cü ili 472 min manat mənfəətlə başa vurub. 31.12.2024-cü il tarixində təşkilatın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8 milyon 842 min manata, cəmi aktivləri isə 9 milyon 271 min manata çatıb.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?