"Nvidia" yeni süni intellekt çiplərini anons edib

"Nvidia" kompaniyasının baş direktoru Censen Huanq süni intellekt sürətləndiricilərinin illik yenilənməsi planını təqdim edib.
"Nvidia" kompaniyasının baş direktoru "Computex" sərgisində istehsalı 2025-ci ildə nəzərdə tutulan "Blackwell Ultra" çipini və 2026-cı ildə əlçatan olacaq "Rubin" adlı yeni – növbəti nəsil platformasını təqdim edib.
Süni intellektlə işləyən məlumat mərkəzi sistemləri ilə tanınan bu kompaniya Tayvanda keçirilən "Computex" sərgisində yeni alətlər və proqram modellərini də nümayiş etdirib. "Nvidia" süni intellektin inkişafını sənaye inqilabı kimi qiymətləndirir və bu prosesdə mühüm rol oynamaq niyyətindədir.
C.Huanq süni intellektin müxtəlif şirkətlərə və dövlət qurumlarına təsirinin genişləndirilməsi ilə bağlı gözləntilərini ifadə edərək bildirib ki, bu texnologiyalar müxtəlif sahələrdə, o cümlədən gəmiqayırma və dərmanların hazırlanmasında istifadə olunur.
Məlumatların yüksək sürətlə artması yeni emal üsullarına ehtiyac yaradır və yalnız "Nvidia"nın sürətləndirilmiş hesablamaları ilə xərclərə qənaət etmək olar. Baş direktor şirkətin texnologiyaları sayəsində səmərəliliyin və enerjiyə qənaətin əhəmiyyətli dərəcədə artdığını qeyd edib. C.Huanq, həmçinin yüksək ötürmə qabiliyyətinə malik yaddaşın növbəti nəsli olan HBM4-dən istifadə edəcək süni intellekt üçün "Rubin" platformasını da elan edib. Bununla belə, o, "Blackwell"dən sonra gələcək məhsullar haqqında təfərrüatları açıqlamayıb.
"Computex" sərgisində "Microsoft" və onun tərəfdaşları "Copilot+" brendi altında təkmilləşdirilmiş süni intellektə malik yeni notbukları da təqdim ediblər. Yeni prosessorları olan qurğular "Nvidia" və ya "Qualcomm Inc" ilə müqayisədə batareyanın daha uzunmüddətli işini təmin edir. "Nvidia" qrafik kartlarının əlavə edilməsi cihazın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və populyar proqramlarda, o cümlədən oyunlarda yeni funksiyaları işə salacaq. "ASUS Computer Inc." öz kompüterlərində məhz bu xüsusiyyətləri təklif edir.
"Nvidia", həmçinin onun çiplərindən istifadə edən server kompüterləri üçün yeni dizaynlar buraxır. MGX proqramı "Hewlett Packard Enterprise Co" kimi şirkətlər tərəfindən və "Dell Technologies Inc." korporasiyalar və dövlət qurumları üçün məhsulları bazara sürətlə çıxarmaq üçün istifadə olunur. "Advanced Micro Devices Inc." və "Intel Corp." məhsullarında "Nvidia"nın server dizaynlarından da istifadə edirlər.
Digər texnologiya şirkətlərinin süni intellektdə liderlə rəqabət aparmağa çalışmasına baxmayaraq, "Nvidia"nın səhmlərinin ilin əvvəlindən 120 faizdən çox artdığını qeyd etmək lazımdır. / banker.az

Xəbərlər     Tarix: 03 iyun 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler bitcoin bitkoin almaq dollar mezenne dollar məzənnəsi