Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
2026-cı ilin mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46% artmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin Mart sayında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. 2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin mart ayında fevral ayına nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 9% azalmışdır.

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?