Ölkədə "istinad faizləri" son 11 ayın minimumuna düşüb
Azərbaycanda istinad faizi kimi götürlən banklar arasında təminatsız kredit faizləri 2024-cü ilin fevralından bu tərəfə minimum səviyyəyə düşüb.
Banker.az tərəfindən aparılan monitorinqə görə, günlük təminatsız kreditlər (1D AZIR) ötən gün bağlanan əqddə 6.48 faiz olub. Banklar arasında 4 əqd bağlanıb və 71 mln. manatlıq həcm olub.
Gündəlik əsasda hesablanan AZIR indeksi sonuncu dəfə bu həddə 2024-cü il 14 fevraldan bu göstərici 5.75 faizə düşüb.
AZİR Azərbaycanda banklararası bazarda təminatsız kreditlər üzrə orta faiz dərəcəsini əks etdirən bir göstəricidir. Bu indeks, banklar arasında təminatsız (yəni girovsuz) kreditlərin maliyyələşdirilməsi üzrə faiz dərəcələrinin dinamikasını izləmək üçün istifadə olunur. İndekslərin hesablanmasında Blumberq ticarət platformasında Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada müxtəlif müddətlər üzrə bağlanan əqdlərdən istifadə edilir.
İndeks bank sektorunun likvidliyinin vəziyyətini qiymətləndirmək üçün də vacibdir və Mərkəzi Bank 2022-ci ildən faizləri işə salması yolunda bu indekslə bağlı faizlə bağlı press-relizlərəinə də daxil edib. Sonuncu 18 dekabr iclasında Mərkəzi Bank bildirmişdi ki, noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi "faiz dəhlizinin daxilində" formalaşıb.
Qeyd edək ki, AZIR indeksi 5 dekabrda 7.91 faizə qədər artmışdı ki, bu da indiyə qədər olan maksimum idi.
Bakı Fond Birjasında qiymətli kağızların girov qoyulması ilə götürlən 1 günlük Banklararası kredit faizləri isə sonuncu dəfə dekabrda 7.7 faiz təşkil edib



"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10