"Optimal Finance BOKT" 2023-cü ili zərərlə başa vurdu
"Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC 2023-cü ili 472 min manat zərərlə başa vurub. Ötən ilin eyni dövrünü isə BOKT 424 min manat mənfəətlə bağlamışdır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü ildə "Optimal Finance" BOKT-un faiz gəlirləri 364 min manat (əvvəlki ilə nisbətən 63% az), faiz xərcləri 96 min manat təşkil edib.
Hesabat dövründə "Optimal Finance" BOKT-un cəmi aktivləri 2 milyon 436 min manat olub ki, bu da illik müqayisədə 31.4% azalma deməkdir. BOKT-un kredit portfeli 814 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 3 dəfəyə yaxın azalıb.
Xatırladaq ki, "Optimal Finance BOKT" 2020-ci ildə dövlət qeydiyyatına alınıb və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları