Orxan Məmmədov: "Kiçik sahibkarlar öz məhsullarını geniş kütləyə yaymaqda əziyyət çəkirlər"
"Kiçik sahibkarlar bir çox hallarda öz məhsullarını geniş kütləyə yaymaqda əziyyət çəkirlər".
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Bakı Bulvarında bu gün start götürən ilin son "KOB Fest" – sərgi-satış yarmarkasında deyib.
Onun sözlərinə görə, bu cür yarmarkaların təşkilinin əsas məqsədi ondan ibarətdir ki, məhz kiçik sahibkarlar öz məhsullarını geniş kütləyə göstərə bilsinlər və satış imkanı əldə etsinlər.
"Bu yarmarkada 50-ə yaxın sahibkar öz məhsullarını təqdim edir. 2022-ci ildə 10-a yaxın belə sərgi-satış yarmarkası təşkil edilib. KOBİA bu günə qədər olduğu kimi, bundan sonrada öz alətləri və dəstək mezanizmləri ilə daim kiçik sahibkarların yanında olacaq",- o qeyd edib.
KOBİA-nın təşkil etdiyi "KOB Fest" sərgi-satış yarmarkası 2 gün davam edəcək və 10:00-dan 18:30-a qədər açıq olacaq. Burada mikro və kiçik sahibkarlıq subyektlərinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Yarmarkada alıcılara əsasən bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. təklif olunur.
"KOB Fest"də həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən suvenir istehsalı müəssisəsində istehsal olunmuş hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri sərgilənir. Qeyd edək ki, suvenir istehsalı müəssisəsi "Cocuq Mərcanlının İnkişafı" Fondu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb.
Festival çərçivəsində mədəni-əyləncəli proqram da təşkil edilib. (Report)

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?