Ötən il Azərbaycana 65 min tona yaxın palma yağı idxal edilib

Ötən il Azərbaycana 65 min tona yaxın palma yağı idxal edilib2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 559.5 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 41.7% və ya 18 min 989 ton, dəyər ifadəsində isə 56.5% və ya 29 milyon 589 min ABŞ dolları artıb. 2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.2 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Ötən il Azərbaycanda 51 min 63.8 ton marqarin istehsal edilib ki, bunun da 1349.6 tonu ixrac edilib.
© APA / marja.az

Maliyyə     Tarix: 17 fevral 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya