Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank ®"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib.
"Rahat bankçılıq" konsepsiyasına uyğun olaraq hazırlanmış "Kartmane Gamer" məhsulu bankın gənc auditoriyaya yönəlmiş innovativ məhsullar xəttinin növbəti mərhələsi kimi çıxış edir. Bu məhsulun yaradılmasında məqsəd yalnız ödəniş aləti təqdim etmək deyil, eyni zamanda gaming ekosisteminin ehtiyaclarına uyğun yeni istifadəçi təcrübəsi formalaşdırmaqdır. Yeni kart məhsul xüsusilə oyunsevərlər, rəqəmsal platformalardan aktiv istifadə edən gənclər və gaming ekosisteminin iştirakçıları üçün nəzərdə tutulub. Kart vasitəsilə istifadəçilər oyun platformalarında ödənişlər, rəqəmsal abunəliklər, gündəlik tranzaksiyalar və digər əməliyyatlar üzrə daha rahat, çevik və üstünlüklü bankçılıq təcrübəsindən faydalana biləcəklər.
Kartın əsas üstünlükləri:
RƏQƏMSAL ÖDƏNİŞLƏRƏ 5%-DƏK KEŞBEK
Film, musiqi və oyun platformalarında edilən ödənişlər üzrə cashback imkanı (məsələn, Steam, Netflix, Spotify və digər rəqəmsal xidmətlər)
KART QALIĞINA İLLİK GƏLİR
Kartda saxlanılan vəsait hər ilin sonunda 4% gəlirlə artır, beləliklə istifadəçilər vəsaitlərini daha səmərəli idarə edə bilirlər
7 İLLİK İSTİFADƏ MÜDDƏTİ
Uzunmüddətli istifadə imkanı ilə kartın təkrar sifarişinə ehtiyac olmadan rahat bankçılıq təcrübəsi
3 VALYUTADA İSTİFADƏ İMKANI
AZN, USD və EUR valyutalarında rahat və çevik ödəniş imkanı
KOMİSSİYASIZ NAĞDLAŞDIRMA
İstənilən ATM-də aylıq 2000 AZN/USD/EUR-dək komissiyasız nağdlaşdırma imkanı
Kar sifarişi üçün linkə keçid edə bilərsiniz.
Xüsusi olaraq qeyd edək ki, Gamer Card ölkədə ilk dəfə olaraq LED texnologiyalı kart kimi təqdim olunur. Kartın innovativ dizaynı yalnız funksionallıq deyil, eyni zamanda fərqlilik və vizual təcrübə təqdim edir. LED işıqlandırma elementi kartı digər məhsullardan fərqləndirərək onu gamer auditoriyasının dinamik və rəqəmsal həyat tərzinə uyğun unikal bir aksesuar halına gətirir.
Müasir rəqəmsal trendlər fonunda qlobal maliyyə və ödəniş bazarında gamer yönümlü kart məhsulları son illərdə artan trendə çevrilib. Dünyanın aparıcı ödəniş sistemləri və bankları gaming icmasını yalnız istifadəçi seqmenti deyil, eyni zamanda xüsusi həyat tərzinə malik auditoriya kimi qiymətləndirir. Rabitəbank da bu qlobal yanaşmaya uyğun olaraq yerli bazarda innovativ kart həlli təqdim edir.
"Rabitəbank" ASC 1993-cü ildən etibarən "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 05 may 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti