Özbəkistandan Azərbaycandakı fiziki şəxslərə pul köçürmələr 62% yüksəlib
2026-cı ilin birinci rübündə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 12.72 mln. dollar təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər.
Bunun 10.17 mln. dolları Azərbaycana daxil olan, 2.56 mln. dolları isə Azərbaycandan göndərilən vəsaitlərin payına düşüb. Nəticədə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə pul baratları üzrə 7.62 mln. dollar müsbət saldo əldə edib. Keçən ikin eyni müddətində bu göstərici 6.45 mln. dollar olmuşdu.
Qazaxıstanla pul baratlarının ümumi həcmi 7.09 mln. dollar təşkil edib. Bu ölkədən Azərbaycana göndərilən vəsaitlərin həcmi illik müqayisədə 5.9% artaraq 5.47 mln. dollara çatıb. Azərbaycandan Qazaxıstana köçürmələr isə 28.0% artaraq 1.62 mln. dollar olub. Nəticədə saldo 3.85 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 3.9 mln. dollardan bir qədər aşağıdır.
Özbəkistanla pul baratlarının ümumi həcmi 4.82 mln. dollar olub. Özbəkistandan Azərbaycana daxil olan vəsaitlər 62.4% artaraq 3.89 mln. dollara yüksəlib. Azərbaycandan Özbəkistana göndərilən vəsaitlər isə 59.9% artaraq 0.93 mln. dollar təşkil edib. Bu ölkə ilə saldo 2.95 mln. dollar olub ki, bu da bir il əvvəlki 1.81 mln. dollarla müqayisədə 63.1% çoxdur.
Qırğızıstanla pul baratlarının ümumi həcmi 1.62 mln. dollar təşkil edib. Qırğızıstandan Azərbaycana köçürülən vəsaitlər 9.6% artaraq 0.81 mln. dollara yüksəlib. Azərbaycandan bu ölkəyə göndərilən vəsaitlər barədə isə əvvəlki dövr üzrə məlumat açıqlanmasa da, 2026-cı ilin birinci rübündə 0.81 mln. dollar səviyyəsində olub. Nəticədə iki ölkə arasında pul baratları üzrə balans demək olar ki, sıfıra yaxın formalaşıb.
Xatırladaq ki, pul baratları bir şəxsin digər şəxsə müəyyən olunmuş vaxtda və ya tələb olunduqda konkret məbləğdə pul ödəməsi barədə verdiyi rəsmi, qanuni sənəddir.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?