Pakistanda kriptovalyuta qadağan edilir
Pakistan Dövlət Bankı, İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi ölkədə kriptovalyutaların istifadəsini qadağan etmək üçün işə başlayıb.
Senatın Maliyyə və Gəlirlər üzrə Daimi Komitəsi hakimiyyət orqanlarına ölkədə kriptovalyuta xidmətləri və internet saytlarını tamamilə bloklamağı tapşırıb.
Komitə, həmçinin ölkə üçün potensial riskləri əsas gətirərək kriptovalyuta ticarətinin leqallaşdırılmasından imtina edib. Qurum kriptovalyuta ticarətinin spekulyativ xarakter daşıdığını və virtual valyutaların terrorizmi maliyyələşdirmək üçün istifadə oluna biləcəyini qeyd edib.
"Kriptovalyuta ilə ticarətə icazə verilə bilməz", – Pakistanın maliyyə naziri deyib.
Bundan əlavə, Daimi Komitə kriptovalyutanın effektiv şəkildə tənzimlənə bilməyəcəyini bildirib və virtual valyutaların ABŞ, Kanada və Çində artıq qadağan edildiyini xatırladıb.
Qeyd edək ki, hökumətin araşdırmasına görə, təkcə 2021-ci ildə pakistanlılar kriptovalyutalara təxminən 20 milyard dollar sərmayə qoyublar. / banker.az
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki, "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"