Pambıq əkən 16 min fermerin sahələri vaxtında sığortalaması müzakirə edildi

Pambıq əkən 16 min fermerin sahələri vaxtında sığortalaması müzakirə edildiPambıq sahələrinin müxtəlif risklərdən sığortalanması, bu sahədə ortaya çıxan məsələlərin müzakirəsi, eləcə də pambıq əkini ilə məşğul olan fermerlərin maarifləndirilməsi məqsədilə Aqrar Sığorta Fondunda Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbərliyi və müxtəlif bölgələrdən olan üzvləri ilə görüş keçirilib.
Görüşdə Aqrar Sığota Fondunun sədri Fuad Sadıqov ölkəmizdə aqrar sığortanın tətbiqi, bu sahədə görülən işlər, pambıq sahələrinin sığortası ilə bağlı vəziyyət barədə məlumat verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Fuad Sadıqovun sözlərinə görə, pambıq ölkədə ən çox sığortalanan və ödəniş həyata keçirilən bitkilərdəndir. Aqrar sığortada dövlət dəstəyi nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəməklə pambıq sahəsini sığorta edə bilirlər.
Bildirilib ki, indiyədək Ağdam, Ağcabədi və sair rayonlarda pambıq sahələrinə dolu, sel-subasma və digər hadisələr nəticəsində dəyən zərərlər üzrə fermerlərə böyük məbləğdə ödənişlər həyata keçirilib.
Hazırda pambıq əkini və pambıq sahələrinin sığortalanması mövsümü davam edir.
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firudinov hazırda ölkədə 16 min fermerin müqavilə əsasında pambıq əkini ilə məşğul olduğunu bildirərək aqrar sığortanın pambıq sahəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə müzakirə edilən əsas məsələlərdən biri pambıq sahələrinin vaxtında sığortalanması olub. Bildirilib ki, bəzi hallarda fermerlər pambıq sahələrinin sığortasını ləngidir, nəticədə həmin dövrdə baş verən təbiət hadisələri – dolu, yağışlar, daşqın və sair onların əkinlərə böyük zərər vurur.
Görüşdə qeyd edilib ki, əkin sahələrinin vaxtında sığorta olunması üçün fermerlər daha geniş məlumatlanmalıdır.
Tədbirdə müzakirə olunan digər məsələ sığorta hadisələrinin araşdırılması prosesi ilə bağlı olub. Belə ki, aqrar sığorta ekspertləri hadisə yerinə baxışa gəldikdə onunla birlikdə prosesdə müvafiq dövlət qurumunun nümayəndəsinin də iştirakı təklif edlilb.
Müzakirə zamanı pambıq sahələrinin sığortası ilə bağlı dünya təcrübəsi də qeyd edilib.
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov pambıq sahələrində baş verən hadisələr və zərərlər barədə məlumat verərək xatırladıb ki, fermerlərə dəstək məqsədilə bu ildən etibarən leysan yağışları riski də baza zərfinə əlavə edilib. Yəni fermerlər pambıq sahələrini  sığorta edərkən, əkin sahəsi yağışdan da sığortalanmış olacaq.
Görüşdə sığorta məsələləri ilə bağlı fermerlərə daha geniş məlumat verilməsi məqsədilə regionlarda silsilə görüşlərin keçirilməsi, fermerlərin SMS məlumatlandırılması və sair tədbirlərin keçirilməsi qərara alınıb.  / marja.az

Banklar     Tarix: 13 may 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari