Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, qızıl isə 3-cü olub - 3 MAL 405,6 MİLYON DOLLAR VALYUTA GƏLİRİ TƏMİN EDİB

Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, qızıl isə 3-cü olub - 3 MAL 405,6 MİLYON DOLLAR VALYUTA GƏLİRİ TƏMİN EDİBİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın oktyabr sayını təqdim edib.
İcmala əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, qızıl isə 3-cü olub - 3 MAL 405,6 MİLYON DOLLAR VALYUTA GƏLİRİ TƏMİN EDİB2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3% artaraq 698,3 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 9 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3%, pambıq lifi 70,9%, bitki mənşəli yağlar və piylər 31,7%, kimya sənayesi məhsulları 20,9%, spirtli və spirtsiz içkilər 11,6%, emal edilən meyvə-tərəvəz məhsulları 14,6% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar-sənaye məhsullarının ixracı 60% artaraq 233,4 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon ABŞ dolları təşkil edib.
Cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (139,6 milyon ABŞ dolları) ikinci, qızıl (115.3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-sentyabr  aylarında  Rusiya Federasiyasına 843.7 milyon ABŞ dolları, Türkiyəyə 435,1 milyon ABŞ dolları, Gürcüstana 195,1 milyon ABŞ dolları, , İsveçrəyə 119,6 milyon ABŞ dolları, ABŞ-a isə 113 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (91,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (40.5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (37.4 milyon ABŞ dolları) üçüncü  olub.
2024-cü ilin sentyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (18,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17 milyon ABŞ dolları) ikinci, meşə fındığı (13,3 milyon ABŞ dolları) üçüncü olub. / marja.az

Maliyyə     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin