"PAŞA Bank" "Aksiz markasının verilməsinə görə" dövlət rüsumunun onlayn ödəniş xidmətini təqdim edən ilk bank oldu

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" "Aksiz markasının verilməsinə görə" dövlət rüsumunun ödəniş xidmətini onlayn formada təqdim edən ilk bank oldu.
Artıq sahibkarlar "PAŞA Bank Biznes" veb platforması vasitəsilə dövlət rüsumlarının ödənişini Hökumət Ödəniş Portalı (HÖP) üzərindən e-bildiriş əsasında icra edə bilərlər.
Bank bu təşəbbüsü Maliyyə Nazirliyinin "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sisteminin yaradılması və HÖP ilə inteqrasiyası tələbinə əsasən həyata keçirib. Bu yenilik ödəniş prosesini sadələşdirərək vaxt və resurslara qənaət etməyə imkan verir.
Qeyd edək ki, dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum) informasiya sistemi üzrə ödəniş növlərinə aşağıdakılar daxildir:
Aksiz markasının verilməsinə görə;
Məcburi nişanlamanın verilməsinə görə: məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə;
Məcburi nişanlamanın verilməsinə görə: aksizli mallara məcburi nişanlanmanın verilməsinə görə;
e-bildirişin təqdim edilməsinə görə xidmət haqqı.
Sahibkarlar qeyd olunan dövlət rüsumlarını artıq "PAŞA Bank Biznes" veb platforması vasitəsilə ödəyə bilərlər.
"PAŞA Bank" sadalanan dövlət rüsumlarının onlayn ödənişi xidmətini təqdim edən ilk bank olmaqla, bu addımı ilə hökumətin rəqəmsal idarəetmə təşəbbüslərinə uyğunlaşır və sahibkarlara maliyyə öhdəliklərini daha rahat, sürətli və asan şəkildə yerinə yetirməyə imkan yaradır. Bank, ölkədə real sektorun dayanıqlı inkişafını dəstəkləyən innovativ maliyyə həlləri ilə iqtisadi artıma, rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verir. / banker.az

Banklar     Tarix: 11 aprel 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar məzənnəsi bank faizleri biznes qurmaq bu gunun xeberleri