"PAŞA Bank" "Aksiz markasının verilməsinə görə" rüsumun onlayn ödənişini təqdim edən ilk bank oldu
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" "Aksiz markasının verilməsinə görə" dövlət rüsumunun ödəniş xidmətini onlayn formada təqdim edən ilk bank oldu.
Artıq sahibkarlar "PAŞA Bank Biznes" veb platforması vasitəsilə dövlət rüsumlarının ödənişini Hökumət Ödəniş Portalı (HÖP) üzərindən e-bildiriş əsasında icra edə bilərlər.
Bank bu təşəbbüsü Maliyyə Nazirliyinin "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sisteminin yaradılması və HÖP ilə inteqrasiyası tələbinə əsasən həyata keçirib. Bu yenilik ödəniş prosesini sadələşdirərək vaxt və resurslara qənaət etməyə imkan verir.
Qeyd edək ki, dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum) informasiya sistemi üzrə ödəniş növlərinə aşağıdakılar daxildir:
- Aksiz markasının verilməsinə görə;
- Məcburi nişanlamanın verilməsinə görə: məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə;
- Məcburi nişanlamanın verilməsinə görə: aksizli mallara məcburi nişanlanmanın verilməsinə görə;
- e-bildirişin təqdim edilməsinə görə xidmət haqqı.
Sahibkarlar qeyd olunan dövlət rüsumlarını artıq "PAŞA Bank Biznes" veb platforması vasitəsilə ödəyə bilərlər.
"PAŞA Bank" sadalanan dövlət rüsumlarının onlayn ödənişi xidmətini təqdim edən ilk bank olmaqla, bu addımı ilə hökumətin rəqəmsal idarəetmə təşəbbüslərinə uyğunlaşır və sahibkarlara maliyyə öhdəliklərini daha rahat, sürətli və asan şəkildə yerinə yetirməyə imkan yaradır. Bank, ölkədə real sektorun dayanıqlı inkişafını dəstəkləyən innovativ maliyyə həlləri ilə iqtisadi artıma, rəqabət qabiliyyətinin yüksəldilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verir.
/ marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?