"PAŞA Bank" "Azərbaycan bazarında sindikat kreditləşməsi" konfransı keçirib
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" "Azərbaycan bazarında sindikat kreditləşməsi" mövzusuna dair konfrans keçirib.
Bakıda 4 iyun tarixində keçirilən tədbirdə dövlət qurumları, ölkənin maliyyə sektorunun aparıcı oyunçuları, yerli və beynəlxalq şirkətlərin təmsilçiləri, "PAŞA Bank" rəsmiləri və ümumilikdə 100-dən çox digər qonaqlar iştirak edib.
Konfrans iştirakçıları sindikat kreditlərinin cəlb edilməsi üzrə beynəlxalq təcrübəni və burada bankların mövqeyini, bu sahədə dövlət və özəl sektor arasında əməkdaşlıq strategiyalarını, iqtisadiyyatın əsas sektorları və sahibkarlığın dayanıqlı inkişafında sindikat kreditlərinin rolunu və digər mövzuları müzakirə ediblər. Panel müzakirələrində yerli və xarici bankların əməkdaşlığı, Azərbaycan bazarına xarici investorların marağının artırılması və eləcə də ölkənin sindikat kreditlərinin hüquqi aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
"Bu gün Azərbaycanda çox sayda irimiqyaslı layihələrin keçirilməsini nəzərə alaraq, bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb. Bugünkü tədbirin məqsədi bu mövzuya diqqət çəkməklə real sektorun biznesləri, potensial investorları və maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirib, bu sahədə əməkdaşlığın qurulması istiqamətində açılan perspektivləri tanıtmaqdır" – deyə, "PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib. / banker.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Kriptovalyuta nədir və necə alınır?
Biznesə aid ən yaxşı 10 kitab
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Ən çox gəlir gətirən onlayn bizneslər