PAŞA Bank Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək verir

PAŞA Bank Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək verir®Oktyabrın 11-də Azərbaycanda ilk dəfə keçirilən "Dəyər günləri" çərçivəsində "Sosial sahibkarların korporativ satınalmalar sərgisi" keçirilib. "Education HUB" və "Dəstəkçi" təşkilatçılığı ilə reallaşan və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə baş tutan tədbirin əsas tərəfdaşı qismində ölkənin aparıcı maliyyə institutu PAŞA Bank çıxış etmişdir.
Sərginin keçirilmə məqsədi sosial sahibkarlıq subyektləri ilə korporativ sektor arasında tərəfdaşlıq əlaqələri yaratmaq, onları dövlət satınalma proseslərində iştiraka təşviq etmək olub. "KOB Evi"-ndə təşkil edilmiş sərgidə ümumilikdə 50-dən çox sosial sahibkarlıq subyektləri iştirak edib.
PAŞA Bank Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək verirTədbirdə çıxış edən PAŞA Bankın Kiçik və Orta Sahibkarlıq bankçılıq sahəsinin rəhbəri Heydər Süleymanovun sözlərinə görə, KOS müştərilərinin maliyyələşdirilməsində əlçatanlığın təmin olunması PAŞA Bank üçün ən əsas prioritetlərindən biridir.
"Sosial sahibkarlıq cəmiyyət, ətraf mühitin və ölkənin dayanıqlı inkişaf problemlərinin həllinə yönlənmiş bir sahibkarlıq növüdür və bu fəaliyyət "Ekoloji, Sosial, Korporativ İdarəetmə standartlarında" mühüm bir yer tutur. Fikirimizcə, özəl şirkətlər bu seqmentin dəstəklənməsində böyük bir rol oynaya bilərlər. Maliyyə institutları və bu bizneslərlə sıx iş əlaqələrin qurulması yalnız sosial problemlərin həllinə töhfə vermir, hətta potensial müştərilərin və investorların bu seqmentə marağını artırır və bu bizneslər üçün yeni üfüqlərin açılmasına dəstək olur. Ölkənin aparıcı korporativ bankı olaraq, biz Azərbaycanda sosial sahibkarlığın inkişafını hərtərəfli dəstəkləməyə hazırıq və bu sahədə çalışan sahibkarların uğuruna tam inanırıq", deyə, H. Süleymanov vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin iyulunda ilk dəfə sosial sahibkarlıq ekosistemin gücləndirilməsi üçün PAŞA Bankın dəstəyi ilə Education HUB-la birlikdə "Dəyər üçün Səhər yeməyi" ("İmpact for Breakfast") konsepti də fəaliyyətə başlamışdı. / banker.az

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri