"PAŞA Bank" "Best Private Bank" mükafatı ilə təltif olunub

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" "Global Finance" nəşrinin keçirdiyi "World"s Best Private Banks" müsabiqəsində "Best Private Bank in Azerbaijan 2024" nominasiyasında qalib gəlib. ABŞ-ın Nyu York şəhərində bu mükafatların təntənəli təqdimetmə mərasimi keçirilmişdir və mükafat "PASHA Private Banking" blokunun baş direktoru Aqşin Mirzəzadəyə təqdim edilmişdir.
Tədbirdə çıxış edən Mirzəzadə Azərbaycan bazarında xidmət göstərən ilk yerli "private banking" institutu kimi "PASHA Private Banking" prioritetləri, strategiyası və fəaliyyət fəlsəfəsi haqqında danışıb.

""PASHA Private Banking" olaraq əsas prioritetimiz güclü və uzunmüddətli əlaqələr qurmaq, müştəriyə özəl xidmət göstərmək, tam məxfiliyi təmin etmək və geniş çeşiddə investisiya xidmətləri təqdim etməkdir. Bir sözlə, "PASHA Private Banking" fəlsəfəsinin təməlində etimad, məxfilik və müştəriləri maliyyə rahatlığı ilə təmin etmək və kompleks həlləri təqdim etmək öhdəliyi dayanır. Bizim başlıca məqsədimiz müştərilərimizin həyatını asanlaşdırmaq, sərvətlərini artırmaq və gələcək nəsillərə ötürməkdir," deyə, Mirzəzadə bildirib.
O bildirib ki, "PASHA Private Banking" beynəlxalq təcrübəni mənimsəyərək və yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq, müştərilərlə uzunmüddətli və etibarlı əlaqələr qurub, onların məqsədlərinə uyğun fərdi və fərqli yanaşma əsasında maliyyə xidmətləri və məhsullarını yüksək keyfiyyətlə təqdim edir.
"PASHA Private Banking" ilk dəfə "private banking" yanaşmasını Azərbaycanda tətbiq edib," o bildirib.
Artıq 9-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlərdə təmsil olunan bankların fəaliyyəti "Global Finance" nəşri tərəfindən hərtərəfli təhlil edilərək, qiymətləndirilir. Bu mükafat bankların fəaliyyətinin dayanıqlı inkişaf prinsiplərinə, beynəlxalq standartlara uyğun aparılmasına, innovativ məhsul və xidmətlərin tətbiqinə və digər nailiyyətlərə görə təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur və son illər ərzində bir sıra fərqli məhsullarla bazarda çıxış edib.  Həmin ildən etibarən özəl bankçılıq seqmentində beynəlxalq təcrübəni təqdim edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Fəaliyyəti nəticəsində əldə etdiyi uğurlara görə fərqli illərdə "PASHA Private Banking" nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı" və "Ən yaxşı bank qrupu" nominasiyalarında fərqləndirilib.
"PASHA Private Banking" xidmətləri haqqında ətraflı məlumat almaq və təklif etdiyi üstünlüklərdən və imtiyazlardan yararlanmaq üçün bu linkə keçid edin. / banker.az

Banklar     Tarix: 28 mart 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri