PAŞA Bank bizneslərin beynəlxalq standartlara uyğun inkişafını dəstəkləməyə davam edir

PAŞA Bank bizneslərin beynəlxalq standartlara uyğun inkişafını dəstəkləməyə davam edir®PAŞA Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslərin inkişafını dəstəkləyir. Bank xüsusilə qeyri-neft sektorunun, yerli istehsalın və ixracyönümlü müəssisələrin maliyyələşdirilməsinə, eləcə də ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə uyğun layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Aqrar sektor, müasir suvarma sistemləri, istehsal, bərpa olunan enerji və digər istiqamətlərdə maliyyələşdirilən layihələr bu yanaşmanın tərkib hissəsidir. Bu istiqamətdə uğurlu nümunələrdən biri də Almet-STP-dir.
STP Şirkətlər Qrupu və Almet Holding tərəfindən təsis edilmiş Almet-STP, PAŞA Bankın kredit maliyyələşdirməsi ilə həyata keçirilən layihə çərçivəsində aşağı karbonlu polad istehsalı üzrə istixana qazı emissiyalarının ölçülməsi və hesabatlılığı sahəsində mühüm mərhələni uğurla tamamlayıb. Şirkət TÜV Austria tərəfindən ISO 14064 standartına uyğun müstəqil verifikasiya əldə edib.
Bu nəticə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) kimi yeni tələblər fonunda xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin dayanıqlı istehsal standartlarına uyğunlaşması istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev bildirib:
"PAŞA Bank olaraq bizneslərin yalnız maliyyə resurslarına çıxışını təmin etməyi deyil, onların uzunmüddətli inkişafına və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına töhfə verməyi hədəfləyirik. Almet-STP-nin əldə etdiyi beynəlxalq verifikasiya bunun uğurlu nümunəsidir. Belə layihələr yerli istehsalın inkişafına, qeyri-neft sektorunun güclənməsinə və "Made in Azerbaijan" məhsullarının beynəlxalq bazarlarda daha geniş tanınmasına töhfə verir."
STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Ələkbər Abbaslı qeyd edib:
"Almet-STP-nin əldə etdiyi verifikasiya STP Şirkətlər Qrupunun sənaye müəssisələrində beynəlxalq idarəetmə və hesabatlılıq standartlarının tətbiqinə verdiyimiz önəmi nümayiş etdirir. Ölkənin qeyri-neft sektorunun inkişafına və polad istehsalının gücləndirilməsinə töhfə verən əsas sənaye lokomotivlərindən biri olaraq, bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik. PAŞA Bankın maliyyə dəstəyi isə bu prosesdə dəyərli tərəfdaşlıq nümunəsidir."
Almet Holdingin İdarə Heyətinin sədri Şirin Camallı bildirib:
"Emissiyalarımızın ölçülməsi və müstəqil verifikasiyası sonrakı bütün addımların təməlini təşkil edir. PAŞA Bankın dəstəyi sayəsində bu proses Avropa və Birləşmiş Krallıqdakı müştərilərimizə auditdən keçmiş məlumatlara etibar etmək imkanı verir və karbon tənzimləmələri sərtləşdikcə Azərbaycanda istehsal edilən poladın rəqabət qabiliyyətini gücləndirir."
PAŞA Bank ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən bizneslərin inkişafını dəstəkləməyə, yerli istehsalın, ixrac potensialının və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsini davam etdirir. / banker.az

Banklar     Tarix: 20 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti