"PAŞA Bank" "Euromoney" beynəlxalq nəşri tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatına layiq görülüb
®Ölkənin aparıcı korporativ bankı "PAŞA Bank" nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı" nominasiyasında qalib elan olunub.
Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award for Excellence – 2024 mükafatının təltifetmə mərasimində açıqlanıb.
Ən uğurlu nailiyyətlərin qiymətləndirilməsi məqsədi ilə bank və maliyyə sektorunun mükəmməl təmsilçilərini bir araya gətirən mərasimdə, "PAŞA Bank" kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə bu mükafata layiq görülüb.
Beynəlxalq nəşr Bankın fəaliyyətini işıqlandırarkən, onun müştəriləri üçün xidmətlərini genişləndirdiyini, ödəniş təkliflərini yenilədiyini və iş əməliyyatlarının effektivliyinə fokuslandığını vurğulayıb.
2024-ci ildə "PAŞA Bank" ilə yanaşı JP Morgan, HSBC, BNP Paribas, Deutsche Bank, Societe Generale və digər aparıcı maliyyə təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar.
Qeyd edək ki, Euromoney beynəlxalq nəşri 1967-cı ildən dərc olunur və təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində müxtəlif ölkələrdə bank sektorunun və maliyyə təşkilatlarının fəaliyyətinin təhlili əsasında qəbul edilir. / banker.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Birbank xidmətinə necə qoşulmaq olar?
İKEA şirkətinin tarixi
Green Card nədir və onu necə əldə etmək olar?
Layihə menecmenti nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri