"PAŞA Bank" "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatına layiq görülüb
Ölkənin aparıcı korporativ bankı "PAŞA Bank" nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı" nominasiyasında qalib elan olunub.
Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award for Excellence - 2024 mükafatının təltifetmə mərasimində açıqlanıb.
Ən uğurlu nailiyyətlərin qiymətləndirilməsi məqsədi ilə bank və maliyyə sektorunun mükəmməl təmsilçilərini bir araya gətirən mərasimdə, "PAŞA Bank" kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə bu mükafata layiq görülüb.
Beynəlxalq nəşr Bankın fəaliyyətini işıqlandırarkən, onun müştəriləri üçün xidmətlərini genişləndirdiyini, ödəniş təkliflərini yenilədiyini və iş əməliyyatlarının effektivliyinə fokuslandığını vurğulayıb.
2024-ci ildə "PAŞA Bank" ilə yanaşı JP Morgan, HSBC, BNP Paribas, Deutsche Bank, Societe Generale və digər aparıcı maliyyə təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar.
Qeyd edək ki, Euromoney beynəlxalq nəşri 1967-cı ildən dərc olunur və təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində müxtəlif ölkələrdə bank sektorunun və maliyyə təşkilatlarının fəaliyyətinin təhlili əsasında qəbul edilir. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Biznes nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Start-up nədir?
Bitcoin nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?