"PAŞA Bank Gürcüstan" 2024-cü ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
Azərbaycanın "PAŞA Bank" ASC-nin Gürcüstanda törəmə bankı olan "PASHA Bank Georgia" (PAŞA Bank Gürcüstan) 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 589 min lari (cari məzənnə ilə 1 milyon 639 min manat) xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 1-ci yarısını 2 milyon 469 min lari (cari məzənnə ilə 1 milyon 563 min manat) xalis zərər ilə bağlamışdı.
Marja.az Bankın "EY" tərəfindən təsdiq edilmiş 30 iyun 2024-cü il tarixinə Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin 1-ci yarısında "PASHA Bank Georgia"nın faiz gəlirləri 24 milyon 584 min lari (2023-cü ilin ilk 6 ayında 26 milyon 643 lari), qeyri-faiz gəlirləri 8 milyon 224 lari (2024-cü ilin ilk 6 ayında 5 milyon 406 min lari) təşkil edib.
Faizli aktivlər üzrə kredit itkisinin 4 dəfə azalaraq 4 milyon 899 min larindən 1 milyon 232 min lariyə düşməsi Bankın xalis mənfəətə çıxmasına böyük kömək edib.
Cari məzənnə 1 lari = 0.6332 manat
Qeyd edək ki, "PAŞA Bank" ASC-nin Tükiyədəki törəmə bankı (PAŞA Bank Türkiyə) 2024-cü ilin ilk 6 ayını 255,3 milyon Türk lirəsi (cari məzənnə ilə 12 milyon 892 min manat xalis mənfəət ilə başa vurub. 30 İyun 2024-cü il tarixində "PAŞA Bank Türkiyə"nin cəmi aktivləri 10 milyard 431 milyon türk lirəsinə (cari məzənnə ilə 526 milyon 765 min manata) çatıb.
Cari məzənnə: 1 Türk lirəsi = 0.0505 manat



"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları