PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
®PAŞA Bank-ın rəhbər heyəti Londonda Bank of New York (BNY) tərəfindən təşkil edilən Strateji Liderlik Sammitində iştirak edib. Strateji dialoqun təşviqi və gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunan tədbir PAŞA Qrup şirkətlərinin rəhbərlərini bir araya gətirib.
Sammitdə PAŞA Holdinq, PAŞA Bank Azərbaycan, PAŞA Bank Gürcüstan, PAŞA Bank Türkiyə, PAŞA Kapital, Bir ekosistem və PASHA Real Estate rəhbərliyi iştirak edib. İştirakçılar maliyyə sektorundakı qlobal dəyişikliklər və inkişaf meyilləri barədə fikir mübadiləsi aparıblar.
"Növbəti üfüqlər: Əlaqəlilik və transformasiya vasitəsilə gələcəyin formalaşdırılması" mövzusuna həsr olunan tədbirdə qlobal makroiqtisadi tendensiyalar, maliyyə sektorunun inkişaf istiqamətləri, süni intellekt, rəqəmsal aktivlər və yeni biznes modelləri müzakirə edilib.
Sammit PAŞA Qrup və BNY arasında tərəfdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün faydalı platforma kimi dəyərləndirilib. Tərəflər qlobal təcrübənin və beynəlxalq əməkdaşlığın innovasiyaların təşviqində rolunu vurğulayıblar.
Yekunda iştirakçılar bilik mübadiləsi, innovasiya və əməliyyat səmərəliliyinin davam etdirilməsini dəstəkləyiblər. Tədbir PAŞA Bank və PAŞA Qrup üçün gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından önəm daşıyıb.
PAŞA Bank Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ, kiçik və orta sahibkarlıq, eləcə də institusional müştərilər üçün innovativ maliyyə həlləri təqdim edərək ölkənin iqtisadi inkişafına və biznes mühitinin gücləndirilməsinə töhfə verir.
/ banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?