PAŞA Bank "Nargis" Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəklədi
®PAŞA Bank-ın tərəfdaşlığı ilə müqəddəs Qurban bayramı ərəfəsində "Nargis" Fondu tərəfindən ənənəvi xeyriyyə aksiyası keçirilib. Layihə çərçivəsində Bakı və Bakıətrafı qəsəbələrdə yaşayan bir çox aztəminatlı ailəyə dəstək göstərilib.
Ailələrə gündəlik tələbat məhsullarından ibarət sovqat qutuları təqdim edilib.
Xeyriyyə aksiyasının əsas məqsədi bayram günlərində sosial qayğıya ehtiyacı olan ailələrə dəstək göstərmək, paylaşma və həmrəylik dəyərlərini təşviq etmək olub. Layihə çərçivəsində ailələrlə birbaşa ünsiyyət qurulub, onların ehtiyacları nəzərə alınaraq yardım göstərilib.
PAŞA Bank sosial məsuliyyət prinsiplərini fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bank müxtəlif sosial, humanitar, təhsil və mədəniyyət layihələrinə davamlı dəstək göstərərək cəmiyyətin inkişafına töhfə verir. Bank gələcəkdə də cəmiyyət üçün faydalı təşəbbüsləri dəstəkləməyə və sosial layihələrdə fəal iştirak etməyə davam edəcək. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Biznes təlimlər və tədris üsulları
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri